Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ŞÜƏRA SURƏSİ

Vikimənbə saytından
Quran. ŞÜƏRA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iki yüz iyirmi yeddi ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ta, Sin, Mim.

2. Bunlar aydın Kitabın ayələridir.

3. Onlar iman gətirmirlər deyə sən özünümü öldürəcəksən?

4. Əgər istəsək, Biz onlara göydən elə bir ayə nazil edərik ki, onlar ona müticəsinə boyun əyərlər.

5. Mərhəmətli Allahdan onlara elə bir yeni zikr [öyüd-nəsihət, xəbərdarlıq) gəlmir ki, onlar ondan üz döndərməsinlər.

6. Onlar (o zikri) yalan hesab etdilər. Amma onların ələ saldıqları şeylər öz başlarına gələcəkdir.

7. Məgər onlar yer uzunə nəzər salıb Bizim orada cürbəcür faydalı bitkilər bitirdiyimizi görmürlər?

8. Həqiqətən, bunda bir ayə vardır. Onların çoxu isə iman gətirmir.

9. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

10. O zaman Rəbbin Musanı çağırıb (dedi): “Haqsız tayfanın yanına get, -

11. Firon tayfasının yanına. Onlar heç qorxmazlarm ?”

12. Musa dedi: “Rəbbim, qorxuram ki, onlar məni yalançı hesab edələr,

13. ürəyim sıxılar və dilim söz tutmaz. Haruna da (peyğəmbərlik) ver.

14. (Bir nəfəri öldürdüyümə görə) onlann qarşısında günahım vardır. Qorxuram məni öldürələr.”

15. Allah dedi: “Əsla! Siz ikilikdə Bizim möcüzələrimizlə gedin. Biz sizinlə birgə (danışıqlannıza) qulaq asacağıq.

16. Fıronun yanına gedib deyin: "Həqiqətən, biz aləmlərin Rəbbinin peyğəmbəriyik.

17. İsrail övladlannı bizimlə göndər.”

18. Firon dedi: "Məgər sən uşaq ikən biz səni öz içərimizdə tərbiyələndirib böyütmədik? Sən ömrünün bəzi illərini aramızda qalmadınmı?

19. Və nankorluq edib o tutduğun əməli törətmədinmi?”

20. Musa dedi: "Mən onu nadan ikən törətmişəm.

21. Mən sizdən qorxaraq yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hikmət bəxş etdi və məni peyğəmbərlərdən etdi.

22. Sənin bu yaxşılığı boynuma minnət qoymağın, (əslində) sənin israil övladlannı kölə etməyindir."

23. Firon dedi: "Aləmlərin Rəbbi nə olan şeydir?"

24. Musa dedi: "Göylərin, yerin və onların arasında olanların Rəbbi, əgər siz haqqa inanırsınızsa."

25. Firön öz ətrafındakılara dedi: "Eşitdinizmi?"

26. Musa dedi: "Sizin Rəbbiniz və sizin ata-babalarınızın Rəbbi."

27. Firon dedi: "Həqiqətən də sizə göndərilmiş peyğəmbəriniz divanədir."

28. Musa dedi: “Əgər anlayırsınızsa, şərqin, qərbin və bunların arasında olanların Rəbbi."

29. O dedi: "Əgər məndən başqasını özünə tanrı götürsən, səni mütləq həbs olunanlardan edərəm."

30. Musa dedi: “Əgər mən sənə aşkar bır şey gətirsəm necə?"

31. Fıhon dedi: “Düz deyirsənsə, onda onu gətirsənə!"

32. Musa əsasını yerə atdı və o, dərhal açıq-aşkar bir ilan oldu.

33. O, əlini çıxartdı və ona baxanlara dərhal ağappaq göründü.

34. Firon öz ətrafındakı əyanlara dedi: "Həqiqətən də bu çoxbilmiş bir sehrbazdır.

35. O, öz cadusu ilə sizi öz torpağınızdan çıxartmaq istəyir. Nə deyirsiniz?"

36. Onlar dedilər: "Ona və qardaşına möhlət ver və şəhərlərə (adam) toplayanlar göndər.

37. Qoy hər bilikli sehrbazı yanına gətirsinlər."

38. Müəyyən olunmuş bir gündə sehrbazlar toplanıldılar.

39. Adamlara deyildi: "Yığışmısınızmı?

40. Sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz onların ardınca gedək."

41. Sehrbazlar gələn kimi Firona dedilər: "Əgər biz qalib gəlsək, doğrudanmı bizə bir mükafat olacaqdır?"

42. Firon dedi: "Bəli, onda siz (mənə) yaxın adamlardan olacaqsınız."

43. Musa onlara dedi: "Nə atacaqsınızsa, onu yerə atın!"

44. Onlar öz iplərini və əsalarını yerə atdılar və dedilər: "Fironun qüdrəti ilə əlbəttə biz qalib gələcəyik."

45. Musa da öz əsasını yerə atdı və o, dərhal onların uydurub düzəltdiklərini uddu.

46. Sehrbazlar səcdəyə gəldilər

47. və dedilər: "Biz aləmlərin Rəbbinə iman gətirdik,

48. Musanın və Harunun Rəbbinə!"

49. Firon dedi: “Mən sizə izn verməmiş siz ona inandınız? O ki, sizə sehrbazlığı öyrətmiş böyüyünüzdür. Görərsiniz, mən sizin əllərinizi və qıçlarınızı çal-çarpaz kəsəcək və həqiqətən hamınızı çarmıxa çəkəcəyəm!"

50. Onlar dedilər "Eybi yoxdur, biz də Rəbbimizə üz tutarıq.

51. Biz çox umuruq ki, ilk iman gətirənlər olduğumuz üçün Rəbbimiz günahlarımızı bizə bağışlasın."

52. Biz Musaya vəhy etdik: "Bəndələrimi gecə ikən yola çıxar. Şübhəsiz ki, siz təqib olunacaqsınız."

53. Firon adam toplayanlan şəhərə göndərdi.

54. (O dedi): "Axı bunlar kiçik bir dəstədir.

55. Onlar bizi hirsləndiriblər.

56. Biz isə çoxuq və ayıq-sayıqıq."

57. Biz onlan [Firon camaatını] bağlardan və çeşmələrdən çıxartdıq.

58. Onlan xəzinələrdən və hörmətli məqamdan çıxartdıq.

59. Beləcə! Biz İsrail övladlarını onlara [bağlara, xəzinələrə və s.] varis etdik.

60. (Firon və dəstəsi) sübh çağı onların ardınca düşdülər.

61. İki dəstə bir-birini görəndə Musanın yoldaşları dedilər: "Biz haqlanmışıq."

62. Musa dedi: "Heç də yox, axı Rəbbim mənimlədin O, məni düz yola yönəldəcəkdir."

63. Biz Musaya vəhy etdik: "Əsanla dənizə vur!" O [dəniz] yarıldı və hər parçası sanki nəhəng dağ oldu.

64. Sonra Biz o birilərini [Fironun dəstəsini] də oraya gətirib çatdırdıq.

65. Musanı və onunla olanların hamısını xilas etdik.

66. Sonra isə qalanlarını suya qərq etdik.

67. Həqiqətən, bunda bir ibrət vardır. Onlann çoxu isə inanmır.

68. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

69. İbrahimin əhvalatını da onlara oxu.

70. O zaman o, öz atasına və camaatına dedi: “Siz nəyə ibadət edirsiniz?"

71. Onlar dedilər “Biz bütlərə ibadət edirik, bu ibadətdə də davam edəcəyik”

72. İbrahim dedi: “Siz çağıranda onlar sizi eşidirlərmi?

73. Yaxud onlar sizə bir fayda və ya ziyan verirlərmi?"

74. Onlar dedilər: “Yox, amma biz ata-babalarımızı belə edənlər görmüşük."

75. İbrahim dedi: “Heç siz nəyə ibadət etdiyinizi görürsünüzmü,

76. sız və ata-babalarınız?

77. Axı onlar, aləmlərin Rəbbi istisna olmaqla, mənim düşmənimdirlər.

78. (Aləmlərin Rəbbi) məni yaratmış və düz yola çıxarmışdır,

79. məni yedirib-içirir,

80. xəstələnsəm, məni sağaldır,

81. məni öldürəcək, sonra da dirildəcək

82. və mən çox istəyirəm ki, O, qiyamət günü günahlarımı mənə bağışlasın.

83. Rəbbim! Mənə bir hikmət bəxş et və məni əməlisalehlərə qovuşdur,

84. sonra gələnlərin arasında xoş xatırlanmamı təmin et,

85. məni Nə'im [cənnət] bağının varislərindən et,

86. atamı bağışla, axı o, yolu azanlardan olub,

87. onlar [insanlar] dirildiləcək günü məni rüsvay etmə,

88. o günü ki, nə var-dövlət, nə də oğullar fayda verəcək,

89. Allahın hüzuruna saf ürəklə gələnlərdən başqa."

90. Cənnət müttəqilərə yaxınlaşdırılıbdır.

91. Cəhənnəm isə yolu azanlar üçün bariz nümayiş etdirilir.

92. Onlara deyərlər: "Hardadır ibadət etdikləriniz

93. Allahdan başqa? Onlar sizə və ya özlərinə kömək edə bilərlərmi?

94. Onları oraya üzüquylu atarlar, yolu azanları da,

95. İblisin bütün qoşununu da.

96. Onlar orada bir-birilə ədavət edə-edə deyərlər:

97. "Allaha and olsun ki, biz açıq-aşkar yol azmışdıq,

98. O zaman ki, biz sizi aləmlərin Rəbbinə tay tutmuşduq.

99. Bizi ancaq günahkarlar yoldan çıxartdılar.

100. Bizə nə havadar çıxan var,

101. nə də səmimi dostumuz vardır.

102. Bir də (dünyaya) qayıtsaydıq, iman gətirənlərdən olardıq."

103. Şübhəsiz ki, bunda bir ibrət vardır, onların çoxu isə inanmır.

104. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

105. Nuh tayfası da göndərilən peyğəmbərləri yalançı hesab etdi.

106. Onların qardaşı Nuh onlara dedi: “Məgər siz qorxmursunuz?

107. Mən sizin üçün etibarlı bir peyğəmbərəm.

108. Allahdan qorxun və mənə itaət edin.

109. Mən ki bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim haqqım ancaq aləmlərin Rəbbindədir.

110. Allahdan qorxun və mənə itaət edin."

111. Onlar dedilər: "Ən rəzil adamlar sənin ardınca getdiyi halda biz sənə inanarıqmı?"

112. Nuh dedi: "Onların nə etdiklərindən mənim xəbərim yoxdur,

113. Siz gərək bunu anlayasınız ki, onların haqq-hesabı ancaq mənim Rəbbimdədir.

114. Mən iman gətirənləri qovan deyiləm.

115. Mən ancaq aydın xəbərdarlıq edən və öyüd-nəsihət verənəm."

116. Onlar dedilər: "Əgər sən (bu söz-söhbəti) qurtarmasan, ey Nuh, daşqalaq olunacaqsan."

117. Nuh dedi: "Rəbbim! Camaatım məni yalançı hesab etdi.

118. Mənimlə onların arasında bir hökm ver. Məni və mənimlə olan möminləri xilas et!"

119. Biz onu və onunla birlikdə dolu gəmidə olanları xilas etdik.

120. Sonra Biz qalanlarını suya qərq etdik.

121. Həqiqətən, bunda bir ibrət vardır. Onlann çoxu isə inanmır.

122. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

123. Ad (tayfası) da peyğəmbərləri yalançı hesab etdi.

124. O zaman onların qardaşı Hud onlara dedi: “Məgər siz qorxmursunuz?

125. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.

126. Allahdan qorxun və mənə ibadət edin!

127. Mən ki bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim haqqım ancaq aləmlərin Rəbbindədir.

128. Siz hər bir təpə üzərində nəyisə qurub əylənəcəksiniz?

129. Bəlkə əbədi qalacağınızı zənn edib qalalar qurursunuz?

130. Siz zorakılıq edəndə lap azğınlar kimi edirdiniz.

131. Allahdan qorxun və mənə itaət edin!

132. Sizə bəlli olan (nemətləri) sizə bəxş edəndən [Allahdan] qorxun!

133. O, sizə mal-qara və oğullar əta etdi,

134. bağlar və çeşmələr də.

135. Həqiqətən mən sizin üçün böyük günün [qiyamətin] əzabından qorxuram."

136. Onlar dedilər: “Sən nəsihət versən də, verməsən də, bizim üçün fərqi yoxdur.

137. Bunlar ancaq (bizdən) əvvəlkilərin adətləridir.

138. Bizə isə əzab verilməyəcəkdir”

139. Onlar onu yalançı hesab etdilər və Biz də onları məhv etdik. Həqiqətən, bunda bir ibrət vardır. Onların çoxu isə inanmır.

140. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

141. Səmud (tayfası) da peyğəmbərləri yalançı hesab etdi.

142. O zaman onların qardaşı Saleh onlara dedi: “Məgər siz qorxmursunuz?

143. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.

144. Allahdan qorxun və mənə itaət edini

145. Mən ki bunun üçün sizdən heç bir haqq istəmirəm. Menim haqqım ancaq aləmlərin Rəbbindədir.

146. Məgər siz burada olanlar arasında asudə buraxılacaqsınız?

147. Bağlar və çeşmələr arasında,

148. tarlalar və təzə-tər xurma ağacları arasında?

149. (Əbədi qalacağınızı zənn edib) dağlardan canfəşanlıqla evlər oyub düzəldəcəksiniz?

150. Allahdan qorxun və mənə itaət edin!

151. Həddini aşanlann əmrinə tabe olmayın,

152. O kəslərin ki, onlar yer üzündə fitnə-fəsad törədir və xeyir işlər görmürlər”

153. Onlar dedilər. “Sən ancaq ovsunlanmış adamlardansan.

154. Sən də bizim kimi adamdan başqa bir şey deyildin. Əgər düz deyənlərdənsənsə, bir möcüzə gətir”

155. Saleh dedi: “Bu, dişi bir dəvədir. Onun da, sizin də hər gün (çeşmədən) su içmək üçün məlum vaxtlarınız vardır.

156. Ona bir əziyyət verməyin, yoxsa böyük günün [qiyamətin] əzabı sizi yaxalayar”

157. Onlar isə onu kəsdilər, sonra peşman oldular.

158. Onları əzab yaxaladı. Həqiqətən, bunda bir ibrət vardır, onların çoxu isə inanmır.

159. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

160. Lut camaatı da peyğəmbərləri yalançı hesab etdi.

161. O zaman onların qardaşı Lut onlara dedi: “Məgər siz qorxmursunuz?

162. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.

163. Allahdan qorxun və mənə itaət edin”

164. Mən ki bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim haqqım ancaq aləmlərin Rəbbindədir.

165. Doğrudanmı siz aləmlərin erkəklərinin yanına gəlir

166. və Rəbbinizin sizin üçün yaratdığı arvadlarınızı bir yana qoyursunuz? Doğrusu siz həddi aşmış adamlarsınız.”

167. Onlar dedilər: “Əgər sən (bu söz-söhbəti) qurtarmasan, ey Lut, qovulacaqsan!”

168. Lut dedi: “Mən sizin əməlinizdən iyrənirəm.

169. Rəbbim məni və ailəmi onların əməllərindən xilas et!”

170. Biz onu və onun ailəsini xilas etdik,

171. arxada qalanlar arasındakı yaşlı bir qadından [Lutun arvadından] başqa.

172. Sonra isa qalanlarını məhv etdik.

173. Onların üzərinə leysan yağışı yağdırdıq. Xəbərdarlıq almışların yağışı nə pis olur!

174. Həqiqətən, bunda bir ibrət vardır. Onların çoxu isə inanmır.

175. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

176. Əykə sakinləri də peyğəmbərləri yalançı hesab etdilər.

177. O zaman Şüeyb onlara dedi: “Məgər siz qorxmursunuz?

178. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.

179. Allahdan qorxun və mənə itaət edin!

180. Mən ki bunun üçün sizdən heç bir haqq istəmirəm. Mənim haqqım ancaq aləmlərin Rəbbindədir.

181. Ölçüyə tam əməl edin və əskik ölçənlərdən olmayın.

182. Düzgün daş-tərəzi ilə çəkin.

183. Adamların malını əskik verməyin və yer üzündə fitnə-fəsad yaya- yaya gəzib dolanmayın.

184. Sizi və (sizdən) əvvəlki nəsilləri yaratmış (Allahdan) qorxun!"

185. Onlar dedilər: "Sən ovsunlanmışlardansan.

186. Sən də bizim kimi adamdan başqa bir şey deyilsən. Biz səni həqiqətən yalançılardan zənn edirik.

187. Əgər düz deyirsənsə, onda səmanın bir parçasını bizim üstümüzə endir."

188. Şüeyb dedi: "Rəbbim sizin nə etdiklərinizi çox yaxşı bilir."

189. Onlar isə onu yalançı hesab etdilər və qara buludlu günün əzabı onları yaxaladı. Bu, böyük günün əzabı idi.

190. Həqiqətən, bunda bir ibrət vardır. Onların çoxu isə inanmır.

191. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir.

192. Doğrudan da o [Quran], aləmlərin Rəbbindən nazil edilmişdir.

193. Onu Ruhul-əmin [mötəbər ruh Cəbrayıl] özü ilə gətirdi

194. sənin ürəyinə ki, sən öyüd-nəsihət verənlərdən olasan,

195. aydın ərəb dilində.

196. Əlbəttə o əvvəlkilərin [səndən əvvəlki peyğəmbərlərin] kitablarında da vardır.

197. Məgər İsrail övladlarından olan alimlərin onu bilmələri onlar üçün bir ibrət olmamışdırmı?

198. Əgər Biz onu [Quranı] ərəb olmayanlardan kiməsə nazil etsəydik

199. və o, bunu onlara oxusaydı, onlar buna yenə də iman gətirməzdilər.

200. Biz onu [küfrü] günahkarların ürəklərinə beləcə salırıq.

201. Onlar isə üzücü əzabı görməyincə buna inanmazlar.

202. O, onlara heç özləri də bilmədən qəflətən gələcəkdir.

203. Onlar deyəcəklər. "Bizə möhlət verilməyəcəkmi?"

204. (Bu dünyada isə) onlar verəcəyimiz əzaba tələsirlər?

205. Sən görmürsən ki, Biz onlara uzun illər xoş güzəran versək də,

206. sonra isə onlara vəd olunmuş [əzab] gələrsə,

207. onların o xoş güzəranı onları (o əzabdan) qurtara bilməz?

208. Biz bir məmləkəti belə məhv etmədik ki, onun öyüd-nəsihət verəni olmasın

209. xəbərdarlıq üçün. Və Biz zülmkar olmamışıq.

210. Onu [Quranı] şeytanlar nazil etmədilər.

211. Onlar bunu edəsi deyildilər və edə bilməzdilər.

212. Axı onlar (vəhyi) eşitməkdən kənar edilmişlər.

213. Allahla birgə başqa tanrıya ibadət etmə, yoxsa əzaba düşənlərdən olarsan.

214. Öz ən yaxın qohumlarına da öyüd-nəsihət ver.

215. Sənin ardınca gedən möminləri öz qanadın altına al.

216. Əgər onlar sənə asi olsalar, onda de: “Sizin etdiklərinizdən həqiqətən mən uzağam."

217. Təvəkkül et o qüdrətli, rəhm edənə

218. ki, sən namaza duranda da səni görür,

219. səcdə edənlər arasında hərəkət edəndə də.

220. Axı O, eşidəndir, biləndir.

221. Şeytanların kimlər üçün nazil olduqlarını sizə xəbər verimmi?

222. Onlar hər böhtançı günahkara nazil olarlar.

223. Onlar [günahkarlar] da (şeytanlara) qulaq asırlar, odur ki, onların əksəriyyəti yalançıdır.

224. Şairlərə isə yolu azanlar uyarlar.

225. Məgər sən görmürsən ki, onlar hər vadidə veyillənərək

226. etmədikləri işlərdən söz açırlar?

227. İman gətirib əməlisaleh olan, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (kafir şairlərə) qələbə çalan (şairlərdən) başqa. Haqsızlar isə haraya dönəcəklərini biləcəklər.