Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ŞƏMS SURƏSİ
Quran. ŞƏMS SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(on beş ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 And olsun günəşə və onun şəfəqinə,
2 onun ardınca çıxan aya,
3 onu aydın göstərən gündüzə,
4 onu bürüyüb örtən gecəyə,
5 səmaya və onu qurana,
6 уегә və onu döşəyənə,
7 Hər bir nəfsə [yaxud insana] və onu yaradana,
8 yoldan azmağın və Allahdan qorxmağın (nə olduğunu) ona öyrədənə ki,
9 onu [nəfsini] pak edən hər kəs artıq uğura qovuşmuşdur.
10 Onu (günaha) batıran hər kəs isə artıq ziyana düşmüşdür.
11 Səmud camaatı öz azğınlığı ilə (peyğəmbərlərini) yalançı hesab etdilər.
12 O zaman onların ən azğını (dəvəni kəsməyə) qalxdı.
13 Allahın peyğəmbəri isə onlara dedi: “Qoyun Allahın dəvəsi suyunu içsin."
14 Onlar isə onu yalançı hesab etdilər və onu [dəvəni] kəsdilər. Onların Rəbbi də etdikləri günaha görə onları qırıb yerlə-yeksan etdi.
15 O, belə işin aqibətindən qorxmaz.