Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏBƏSƏ SURƏSİ

Vikimənbə saytından
Quran. ƏBƏSƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx iki ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 O qaşqabaq sallayıb üz döndərdi

2 korun onun yanına gəldiyinə görə.

3 Sən haradan biləsən, bəlkə də o, pak olacaqdır,

4 yaxud öyüd alacaqdır və bu öyüd ona bir xeyir verəcəkdir?

5 Özünü ehtiyaclı hiss etməyənə gəlincə

6 sən ona tərəf dönürsən.

7 Onun (küfrdən) pak olmamasının sənə heç bir dəxli yoxdur.

8 Yüyürüb sənin yanına gələndən

9 Və (Allahdan) qorxandan isə

10 sən üz çevirirsən.

11 Xeyr! Axı bu, bir öyüd-nəsihətdir.

12 Kim istərsə, ondan öyüd alar.

13 (Quran) mötəbər səhifələrdə,

14 ucaldılmış, pak edilmiş səhifələrdədir.

15 elçi [mələklərin] əllərilə.

16 möhtərəm və sadiq yazarların [mələklərin].

17 Ölsün insan! O, necə də nankordur!

18 Onu [insanı] Allah nədən xəlq etmişdir?

19 Bir nütfədən! Onu xəlq edərək qədərini (biçimini) verdi.

20 Sonra ona lazımlı yolu müyəssər etdi.

21 Sonra isə onu öldürərək qəbrə gömdü.

22 Sonra əgər istərsə, onu dirildər.

23 Xeyr, insan Onun buyurduqlarını yerinə yetirmədi.

24 Qoy insan öz yeməyinə bir nəzər salsın:

25 Biz suyu bol-bol axıtdıq,

26 sonra yer üzünü yaxşıca yardıq,

27 orada taxıl bitirdik,

28 üzüm də, yonca da,

29 zeytun, xurma ağacları da,

30 sıx-sıx bağlar da,

31 meyvələr və otlar da

32 sizin və mal-qaranızın fay-dalanması üçün (bitirdik).

33 Qulaqbatırıcı səs [surun səsi] gələndə,

34 о günü insan öz qardaşından qaçar,

35 öz anasından və atasından,

36 həyat yoldaşı və oğlanlarından da.

37 O günü onlardan hər kəsin özünə kifayət edəcək işi olacaqdır.

38 O günü parlaq üzlər,

39 gülər və şən üzlər də olacaqdır.

40 O günü üzərinə toz çökmüş üzlər,

41 his [qaranlıq] basmış üzlər də olacaqdır.

42 Bunlar isə kafirlər və pozğunlardır.