Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏBU LƏHƏB SURƏSİ
Görünüş
Quran. ƏBU LƏHƏB SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(beş ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
2 Onu nə mal-dövləti, nə də qazandığı [oğul-uşaq] xilas etdi.
3 O, alovlu bir oda girəcəkdir,
4 Övrəti də odun daşıya-daşıya,
5 boynunda isə xurma liflərindən kəndir olduğu halda (oda girəcəkdir).