Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏLƏQ SURƏSİ
Quran. ƏLƏQ SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(on doqquz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Hər şeyi yaradan Rəbbinin adı ilə oxu!
2 O, insanı bir döllənmiş toxumdan xəlq etdi.
3 Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.
4 O, qələmlə (yazmağı) öyrətdi,
5 insana bilmədiklərini öyrətdi.
6 Хеуr! İnsan azğınlaşır,
7 ona görə ki, özünü varlanmış görür.
8 Axı dönüş ancaq sənin Rəbbinədir!
9 Sən gördünmü o kəsi ki, mane olurdu
10 bir bəndəyə namaz qılanda?
11 Bir de görək o [bəndə] düz yol üstündə isə
12 yaxud Allahdan qorxmağı əmr edirsə necə?!
13 Bir de görək, o [mane olan] (haqqı) yalan sanıb üz döndəribsə necə?!
14 Məgər o bilmir ki, Allah (hər şeyi) görür?
15 Хеуг! Əgər əl çəkməsə, and olsun ki, Biz onu kəkilindən tutub (cəhənnəmə) sürüklərik,
16 yalançı, günahkar kəkilindən.
17 Qoy o öz dəstəsini çağırsın,
18 Biz də (Cəhənnəm) gözətçilərini çağırarıq!
19 Xeyr, ona itaət etmə! Səcdə qıl və (Allaha) yaxın ol!