Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/Bəzi ərəb sözləri

Vikimənbə saytından
Quran. Bəzi ərəb sözləri

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu

Ауә - işarə, əlamət; Allahın varlığına, peyğəmbərin doğruluğuna işarə edən dəlil və möcüzə anlamında; ayrıca Qurani-Kərimin surələrinin bəlli bölümlərindən hər biri üçün işlənilən bir termin.

Aləm(lər)-I) dünya, aləm, kainat; 2) xalq, insanlar; Qurani-Kərimdə duyğu və ağıl yolu ilə qavranıla bilən və ya mövcudiyyəti düşünülə bilən, Allahdan başqa varlıq və olayların hamısını ifadə edən termin.

Batil - yalan, uydurma, boş, bihudə, əbəs, mə’nasız, səmərəsiz, nəticəsiz; peyğəmbərə və ya bir islam böyüyünə nisbət edilən əsilsiz söz; gerçəyə uymayan inanc, hökm və düşüncələri ifadə edən termin.

Beyət - and, andiçmə; həzrət peyğəmbərin Əqəbada aldığı ilk beyətdən [anddan] sonra yeni müsəlman olanlardan Allaha ortaq qoşmamaq, ölüncəyə qədər cihad etmək, haqdan dönməmək, oğurluq etməmək, zina etməmək, uşaqları öldürməmək, peyğəmbərə qarşı çıxmamaq kimi islamın müxtəlif hökmləri üzrə və önəmli siyasi olaylar ərəfəsində bey’ət [and] aldığı bəllidir. Bu üsuldan xilafət seçkilərində də istifadə olunmuşdur.

Vəsvəsə-1) yoldan çıxarma, azdırma, tovlama, aldatma; 2) qorxu, həyəcan.

Qəwas - tez-tez suya baş vuran, qəwas.

Əbabil-(quş) dəstələri, qatarlan; Qurani-Kərimdə Əbrəhənin ordusunu məhv edən quşlar haqqında işlənmiş bir təbir.

Ənsar - Həzrət peyğəmbərə və mühacirlərə yardımçı olan mədinəli müsəlmanlar.

Ərş - Quran və hədisdə ilahi hökmranlıq və taxt mənasında işlədilən bir termin.

Əsbat - Həzrət Yaqubun on iki oğluna və onların soyundan gələnlərin təşkil etdiyi on iki qəbiləyə verilən ad.

Əcr - mükafat, haqq, əvəz; Qurani-Kərimdə bəzən cəza, mehr mənalarında da işlənmişdir.

Əməlisaleh - görülən işin dinin tələb və qanunları ilə uyuşması; xeyirxah iş.

Zəkat - 1) təmizlik; 2) sədəqə, ehsan. Din nazarında zengin olan keşin, asli ihtiyaçları başxa, malının qırxda birini yoxsullara vərməsi.

Zikr - yada salma, xatırlama, adını çəkmə, anma; zikr (Allahın adını fasiləsiz xatırlayaraq bir yerdə dua oxuma); Quranın adlarından biri.

Zihar (etmək) - arvadını anasına bənzədib ona yaxın düşməmək.

İddə-bir miqdar, bir qədər; dini hüquqda qadının əri öldükdən və ya ondan boşandıqdan sonra ərə getməyə ixtiyarı olmadığı müddət, vaxt.

İtikaf-bir hücrədə tənha ibadətə qapılma, özünü ibadətə həsr etmə

İhram - həcc zamanı müqəddəs əraziyə daxil olma və ihram geymə; iki hissədən ibarət iynə dəyməmiş təzə, təmiz ağ; bir hissəsi boyuna və çiyinə atılır, digər hissəsi qurşaq kimi bağlanır.

Kəffarə-1) bağışlanma, günahını təmizləmə; 2) günahın- təmizlənməsi üçün göstərilən mərhəmət; 3) günahı yumaq üçün tutulan oruc.

Küfr-allahsızlıq, inamsızlıq, naşükürlük, nankorluq.

Mərəz - xəstəlik

Məhşər-toplanma yeri; toplantı; Qurani-Kərimdə qiyamət günü haqq-hesab üçün insanların canlandırılıb bir yerə topladılması mə’nasına gələn bir ifadədir.

Münafiq-ikiüzlü, riyakar, hiyləgər.

Mühacir-bir yerdən başqa bir yerə gedən, köçən; Qurani-Kərimdə Məhəmməd peyğəmbərlə birlikdə Məkkədən Mədinəyə gedən müsəlman nəzərdə tutulur.

Müttəqi - mömin, Allahdan qorxan, təmiz, iman sahibi olan, dindar.

Müşrik - bütpərəst, Allaha şərik qoşan, çoxallahlı.

Mövla -cənab, hökmdar, himayədar, köməkçi.

Nemət-1) xoşbəxtlik, səadət, ağgün, rifah, firavanlıq; 2)nemət, mərhəmət, yaxşılıq, kömək, iltifat.

Rəsul-elçi, nümayəndə, müjdəçi; Qurani-Kərimdə Allah tərəfindən təyin edilmiş və ya göndərilmiş elçi.

Rəqim-Bu barədə indiyə qədər qəti bir fikir söylənməyib; Ancaq burada göstərəcəyimiz mənalardan birinə gələ biləcək ehtimallar mövcuddur: mağaranın olduğu dağ və ya vadi; mağara adamlarının [əshabi-kəhfin] adlarinin yazıldığı kitabə. Səhihi-Buxaridəki bir rəvayətə görə üç adamlıq bir topluluqdur ki, bunlar yağmurlu bir havada sığındıqları mağaranın ağzını böyük bir qaya parçası örtür və onların çıxış yolu kəsilir. Onlardan hər biri vaxtilə tutmuş olduğu gözəl bir əməli xatırlayıb dua edirlər. Onlar dua etdikcə qaya mağaranın girəcəyindən yavaş-yavaş çəkilir və nəhayət onlar xilas olurlar. Ancaq Rəqimin mağara adamlarının yazıldığı kitabə olması ehtimalına daha çox üstünlük verilir.

Təqva - möminlik, dindarlıq, Allahdan qorxmaq.

Təvəkkül-1) ixtiyar (səlahiyyət, vəkalət, hüquq) alma; 2)ümid, pənah, təvəkkül.

Təyəmmüm - (su olmadıqda) qumla təmizlənmə, dəstəmaz (alma).

Ümmət-millət, xalq; Qurani-Kərimdə islamı qəbul edib Məhəmməd peyğəmbərin ardınca gedənlərə [müsəlmanlara] Məhəmməd ümməti deyilib.

Ümrə -kiçik həcc (Zul-hiccə ayının 8,9 və 10-dan başqa hər bir vaxt Kə’bənin ziyarəti)

Fəqih-1)hüquqşünas, qanunverici; müsəlman qanunlarının bilicisi; 2) Quran qiraətçisi.

Fərz — vəzifə, borc; əmr, ehkam.

Fidyə-1) qurtarma, xilas olma; 2) pul verib azad etdirmə, pul verib qurtarma; azad olma haqqı.

Fitva-hökm, qərar, [dini-hüquqi məsələlərdə hökm verən, qərar çıxaran vəzifəli şəxsin (müftinin) qərarı, hökmü]

Həvari(lər) - ardıcıl(lar), tərəfdaş(lar), məsləkdaş(lar); şagird(lər); dini mənada -apostol(lar); İsanın 12 əshabəsi)

Həmd -1) tərif, mədh; 2) razılıq, təşəkkür, minnətdarlıq

Hənif - həqiqi, doğru, əsl; qəlbən Allahın birliyinə inanan.

Həcc - ziyarət, müqəddəs yerə (Məkkəyə) gəlmə

Hicrət-bir diyardan başqa bir diyara köçmə, getmə; [Qur’ani-Kərimdə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə getməsi [köçməsi]; 622-ci ildə baş verən bu hadisə müsəlman tarixinin başlancığı kimi qəbul edilmişdir]

Cahiliyyə-avamlıq, nadanlıq, mədəniyyətsizlik, məlumatsızlıq; ərəblərin islamdan öncəki həyat, məişət, sosial və dini vəziyyətini bildirən bir termin.