Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/BEYYİNƏ SURƏSİ

Vikimənbə saytından
Quran. BEYYİNƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(səkkiz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!!

1 Kitab əhlindən və müşriklərdən küfr edənlər özlərinə aydın dəlil gəlməyincə (küfrdən) ayrılmırdılar.

2 (Bu dəlil) Allah tərəfindən göndərilmiş bir peyğəmbərdir ki, (onlara) pak edilmiş səhifələri oxuyur,

3 onlarda doğru hökmlər vardır.

4 Özlərinə Kitab bəxş olunanlar yalnız onlara aydın dəlil gəldikdən sonra ayrıldılar.

5 Halbuki onlara ancaq Allaha ibadət edərək, həniflər kimi dini yalnız Ona xas etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Düzgünlük dini bax budur!

6 Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən küfr edənlər əbədi qalacaqları cəhənnəm odu içərisindədirlər. Onlar məxluqlann ən pisidirlər.

7 Həqiqətən də iman gətirib əməlisaleh olanlar isə məxluqların ən yaxşısıdırlar.

8 Öz Rəbbi dərgahında onların mükafatı dibindən çaylar axan, orada əbədi qalacaqları Ədn [cənnət] bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, öz Rəbbindən qorxanlar üçündür.