Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/DUHA SURƏSİ

Vikimənbə saytından
Quran. DUHA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on bir ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 And olsun səhərə,

2 sakitləşmiş gecəyə ki,

3 Rəbbin səni tərk etməyib və sənə qəzəbi tutmayıbdır.

4 Axirət sənin üçün ilk həyatdan [dünyadan] daha xeyirlidir.

5 Rəbbin sənə (nemətlər) bəxş edəcək, sən də razı qalacaqsan.

6 O, səni yetim tapıb sığınacaq vermədimi?

7 Yolunu itirən tapıb, düz yol göstərmədimi?!

8 Səni yoxsul tapıb varlandırmadımı?!

9 Sən də yetimə qəhr etmə,

10 dilənçinin isə üstünə qışqırıb qovma

11 və öz Rəbbinin nemətindən söhbət aç!