Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MUCADƏLƏ SURƏSİ

Vikimənbə saytından
Quran. MUCADƏLƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyirmi iki ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Öz əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının dediklərini Allah eşitmişdir. Allah aranızdakı söhbəti eşidir. Axı Allah eşidəndir, görəndir!

2. Sizlərdən qadınlarını öz analarına bənzədib zihar edənlər (bilsinlər ki), o qadınlar onların anaları deyildirlər, anaları onları doğmuş kəslərdir. Onlar xoşagəlməz və uydurma söz söyləyirlər. Axı Allah əfv edəndir, bağışlayandır.

3. Qadınlannı analarına bənzədib zihar edənlər, sonra isə öz sözlərini geri götürənlər öz arvadları ilə təmasa girməzdən əvvəl bir kölə azad etməkdirlər. Sizə bunu nəsihət edirlər. Şübhəsiz Allah nələr etdiyinizdən xəbərdardır!

4. Kim (kölə) tapmasa, onda arvadı ilə təmasdan əvvəl iki ay fasiləsiz oruc tutmalıdır. Kim bunu da edə bilməsə, onda altmış yoxsulu yedirtməlidir. Bu, Allaha və Onun peyğəmbərinə iman gətirməniz üçündür. Bu, Allahın qoyduğu hədlərdir. Kafirlər üçün isə üzücü bir əzab vardır.

5. Allaha və Onun peyğəmbərinə qarşı çıxanlar özlərindən əvvəlkilərin zəlil edildiyi kimi zəlil edilərlər. Biz artıq aydın ayələr nazil etmişik. Kafirlər üçün isə rüsvayedici bir əzab vardır.

6. O gün Allah onların hamısını dirildəcək, etdikləri əməllər barəsində özlərinə xəbər verəcəkdir. Allah bunu hesablayıb, onlar isə bunu unudublar. Axı Allah hər şeyə şahiddir.

7. Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin elə xəlvət söhbəti olmur ki, dördüncüsü Allah olmasın, beş nəfərin də (elə söhbəti olmur) ki, onların altıncısı O olmasın. Bunlardan az da, çox da olsalar, harda olurlar - olsunlar, Allah mütləq onlarladır. Sonra isə O qiyamət günü onların əməllərindən özlərinə xəbər verəcəkdir. Şübhəsiz Allah hər şeyi bilir.

8. Məgər sən xəlvət söhbətlər aparmaq özlərinə qadağan edilmiş, sonra onlar özlərinə qadağan olunmuş şeylərə qayıdaraq, günah işlər, ədavət və peyğəmbərə itaət etməmək barəsində öz aralarında xəlvət söhbətlər aparanları görmədinmi? Sənin yanına gələndə isə onlar Allahın səni salamlamadığı (sözlərlə) salamlayar, öz-özlərinə isə deyərlər: ‘Dediklərimiz sözlərə görə Allah bizi bir cəzalandıraydı görək!" Cəhənnəm onlar üçün bəsdir, onlar oraya girəcəklər. Nə pis bir dönüş yeri!

9. Ey iman gətirənlər, əgər aranızda xəlvət söhbət edirsinizsə, günah işlər, ədavət və peyğəmbərə itaət etməmək barəsində söhbət etməyin. Xeyir əməl, Allahdan qorxmaq barəsində söhbət apann və hüzuruna cəm olunacağınız Allahdan qorxun!

10. Xəlvət söhbət iman gətirənləri kədərləndirmək üçün şeytanın (qurmasıdır). Lakin Allahın izni olmasa, o, onlara heç bir ziyan vura bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər!

11. Ey iman gətirənlər, əgər sizə: “Məclislərdə (başqalarına) yer verin!" - deyilərsə, yer verin ki, Allah da sizə (cənnətdə) yer versin. Əgər sizə: “Qalxın!“ - deyilərsə, siz də qalxın ki, Allah sizlərdən iman gətirənləri və bilgi verilənləri müxtəlif dərəcələrə qaldırsın. Axı Allah nə etdiklərinizdən xəbərdardır!

12. Ey iman gətirənlər, əgər peyğəmbərlə təkbətək söhbət etmək istərsinizsə. söhbətdən əvvəl bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Əgər (bir şey) tapmasanız, Allah bağışlayandır, rəhmlidir!

13. Siz təkbətək söhbətinizdən əvvəl sədəqələr verməkdən çəkinirsinizmi? Bunu edə bilməsəniz də Allah sizi bağışlayar. Onda namazı qılın, zəkatı verin, Allaha və Onun peyğəmbərinə itaət edin! Axı Allah nə etdiklərinizdən xəbərdardır!

14. Sən Allahın qəzəbi tutmuş adamlarla dostluq edənləri görməmisənmi? Onlar nə sizdən, nə də onlardandıriar. Onlar özləri bilə-bilə yalandan and içirlər.

15. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Doğrudan da onların tutduqları əməllər nə qədər iyrəncdir!

16. Onlar andlarını özlərinə bir sipər etdilər, (insanları) Allahın yolundan yayındırdılar. Onlar üçün rüsvayedici bir əzab vardır.

17. Nə mal-dövlətləri, nə də övladları Allaha qarşı onlara heç bir fayda verməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

18. O gün Allah onların hamısını dirildəcək və onlar sizə and içdikləri kimi Ona da and içəcəklər və nəsə qazanacaqlarını zənn edəcəklər. Yaxşı bilinməlidir ki, onlar yalançıdırlar.

19. Şeytan onları ələ almış və onlara Allahı zikr etməyi unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, şeytan firqəsi ziyana düşənlərdir.

20. AIIaha və Onun peyğəmbərinə qarşı çıxanlar ən alçaq kimsələr arasında olarlar.

21. Allah yazmışdır: "Mən və peyğəmbərlərim mütləq qələbə çalacağıq!" Şübhəsiz Allah qüvvət, qüdrət sahibidir.

22. Sən Allaha və axirət gününə iman gətirənlərdən elə adamlar tapa bilməzsən ki, onlar Allaha və Onun peyğəmbərinə qarşı çıxanları ataları, oğulları, qardaşları, yaxud qohum-əqrabaları olsalar belə, sevmiş olsunlar. O, onların ürəklərinə iman salmış və onları Özündən olan bir ruh ilə möhkəmləndirmişdir. O, onlan dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları içərisinə salacaqdır. Allah onlardan razı qalmış, onlar da Allahdan razı qalarlar. Onlar Allahın firqəsidiriər. Həqiqətən, yaxşı bilinməlidir ki, Allahın firqəsi uğura qovuşanlardır!