Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NUR SURƏSİ
Quran. NUR SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(altmış dörd ayədən ibarət Mədinə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Bu, elə bir surədir ki, Biz onu nazil edib (sizə) vacib buyurduq. Onda aydın ayələr nazil etdik ki, bəlkə siz düşünüb ibrət alasınız.
2. Zinakar qadının və zinakar kişinin hər birinə (çubuqla) yüz zərbə vurun. Əgər siz Allaha və axirət gününə inanırsınızsa, Allahın dinindəki (bu hökmə görə) onlara yazığınız gəlməsin. Qoy bəzi möminlər də onlara necə cəza verildiyinin şahidi olsunlar.
3. Zinakar kişi ancaq zinakar qadınla və ya müşrik qadınla evlənər. Zinakar qadın da ancaq zinakar kişiyə və ya müşrik kişiyə ərə gedər. Möminlərə isə bu, haram edilmişdir.
4. İsmətli qadınlara şər atıb, sonra isə dörd şahid gətirməyən kişilərə səksən zərbə vurun və heç vaxt onların şahidliyini qəbul etməyin. Onlar pozğunlardır,
5. bundan sonra tövbə edib düzələnlərdən başqa. Axı Allah bağışlayandır, rəhmlidir.
6. Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidlər gətirməyənlərdən hər birinin şahidliyi doğru danışdığı barədə dörd dəfə Allaha şəhadət verməsidir
7. beşinci dəfə isə, əgər yalan deyirsə, Allahın ona lənət etməsi barəsindəki şəhadətidir. [“Yalan deyirəmsə, Allahın lənətinə gəlim” - deməsidir].
8. Allah cəzanı qadının üzərindən o zaman götürər ki, o kişinin yalan dediyi barədə Allaha dörd dəfə şəhadət versin,
9. beşinci dəfə isə, əgər kişi doğru deyirsə, Allahın ona [qadına] qəzəbi tutması barəsində şəhadətidir ["Kişi düz deyirsə, Allahın qəzəbinə gəlim" - deməsidir].
10. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (onda işiniz necə olardı?)
11. (Aişəyə qarşı) böhtanla gələnlər sizlərdən olan bir dəstədir. Bunu özünüz üçün zərərli bir şey hesab etməyin, əksinə bu, (bir sınaq kimi) sizin üçün xeyirlidir. Onlardan hər birinə öz qazandığı günahı düşər, onlardan günahın ən böyüyünü daşıyana isə böyük əzab vardır.
12. Siz bunu [böhtanı] eşitdikdə olmazmıdı ki, mömin kişi və qadınlar ürəklərinə yaxşı fikir gətirərək: "Axı bu, açıq-aşkar böhtandır", - deyəydilər.
13. Onlar buna dörd şahid gətirmələri gərək deyildimi? Əgər onlar şahid gətirməyiblərsə, onda onlar Allah qarşısında yalançıdırlar.
14. Əgər bu dünyada və axirətdə sizə Allahın lütfü və mərhəməti olmasaydı, bu söz-söhbətlərinizə görə sizə böyük bir əzab toxunardı.
15. Siz bunu [söz-söhbətləri] dilinizə gətirir, heç bir xəbəriniz olmadığı şeylər danışır və bunu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki o, Allah yanında böyük günahdır.
16. Gərək deyildimi ki, siz bunu eşidəndə "Bizə onun barəsində danışmaq yaramaz. Sənə təriflər olsun! Bu, böyük böhtandır", - deyəydiniz?
17. Allah sizə, əgər möminsinizsə, heç vaxt bir də belə işlər tutmamağınızı nəsihət edir.
18. Allah sizin üçün ayələri aydınlaşdırır. Axı Allah hər şeyi biləndir, hikmət sahibidir.
19. İman gətirənlər haqqında iyrənc şayiələrin yayılmasını istəyənlər üçün bu dünyada və axirətdə üzücü əzab vardır. Axı Allah bilir, siz isə bilmirsiniz.
20. Əgər sizə Allahın lütfü və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı, (onda işiniz necə olardı?)
21. Ey iman gətirənlər! Şeytanın izləri [yolu] ilə getməyin! Kim şeytanın izləri ilə gedərsə, o, çirkin və xoşagəlməz işlər görməyi əmr edər. Əgər sizə Allahın lütfü və mərhəməti olmasaydı, sizlərdən bir nəfər belə heç vaxt pak olmazdı. Lakin Allah istədiyi kəsi pak edir. Allah hər şeyi eşidəndir, biləndir.
22. Qoy sizlərdən fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (böhtan atdıqlarına görə) bir şey verməyəcəklərinə and içməsinlər. Qoy (onları) əvf edib bağışlasınlar. Məgər siz Allahın da sizi bağışlamasını diləmirsiniz? Allah bağışlayandır, rəhmlidir.
23. (Qəbih əməllərdən) xəbərsiz mömin, ismətli qadınlara şər atanlar bu dünyada və axirətdə lənətləniblər. Onlar üçün böyük əzab vardır.
24. O günü [qiyamət günü] onların dilləri, əlləri və ayaqları tutduqları əməllərə görə onlara qarşı şahidlik edəcəkdir.
25. O günü Allah onlara layiqli cəzalarını tam verəcək və onlar Allahın aydın bir haqq olduğunu biləcəklər.
26. Pis qadınlar pis kişilər üçün və pis kişilər pis qadınlar üçündür. Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı kişilər yaxşı qadınlar üçündür. Onların [böhtançıların] dediklərinin bunlara [yaxşı kişi və qadınlara] dəxli yoxdur. Bunlara bağışlanma və bol ruzi olacaqdır.
27. Ey iman gətirənlər! Öz evlərinizdən başqa evlərə özünüzü bildirməmiş və onların sakinlərini salamlamamış daxil olmayın. Bü sizin üçün daha xeyirlidir. Bəlkə bir düşünüb-daşınasınız!
28. Əgər oralarda heç kəsi tapmasanız, onda sizə izn verilməyincə oralara daxil olmayın. Əgər sizə: "Qayıdın!" - desələr, onda qayıdın. Bu, sizin üçün daha təmiz (bir işdir). Axı Allah sizin nə etdiklərinizi bilir.
29. Sakini olmayan və içərisində əşyanız olan evlərə girməyiniz isə sizin üçün günah deyildir. Axı Allah sizin nəyi aşkarladığınızı və nəyi gizlətdiyinizi bilir.
30. Mömin kişilərə de ki, gözlərini aşağı diksinlər və öz tənasül üzvlərini qoruyub saxlasınlar [zinadan çəkinsinlər]. Bu, onlar üçün daha təmiz (bir işdir). Axı Allah onların tutduqları işlərdən xəbərdardır.
31. Mömin qadınlara da de ki, gözlərini aşağı diksinlər, öz tənasül üzvlərini qoruyub saxlasınlar. Görünənlər [əl, göz] istisna olmaqla başqa zinətlərini [gözəlliklərini] göstərməsinlər. Örtüklərini yaxalarının üstünə salsınlar. Öz ərlərindən, atalarından və ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullanndan, öz qardaşlarından, qardaşlarının oğullanndan, öz bacılarının oğullarından, öz qadınlarından, öz cariyələrindən, istəyi olmayan kişi xidmətçilərdən və ya qadınların cinsi üzvündən xəbəri olmayan uşaqlardan başqa heç kəsə öz zinətlərini göstərməsinlər. Gizlətdikləri zinətləri bilinsin deyə ayaqlannı yerə bərk vurmasınlar. Ey möminlər. Hamınız Allaha tövbə edin ki, bəlkə uğur qazanasınız.
32. Aranızdakı subay kişiləri, qul və kənizlərinizdən əməlisaleh olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah onları Öz lütfündən varlandırar. Axı Allah genişürəklidir, biləndir.
33. Qoy evlənmək imkanı olmayanlar, Allah Öz lütfündən onları varlandırana qədər, özlərini saxlasınlar. Sizin kölələrinizdən (azad olunmaq) sənədini istəyənlərə onu yazıb verin, əgər özlərində bir xeyir görürsünüzsə. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər cariyələriniz namuslu qalmaq istəsələr, onları siz bu dünya həyatının ötəri şeylərinə tamah salaraq pozğunluğa vadar etməyin. Hər kim onları vadar edərsə, Allah, onlar vadar olunduqdan sonra (vadar edilənlər üçün) bağışlayandır, rəhmlidir.
34. Biz sizə aydınladan ayələr, sizdən əvvəl gəlib-keçənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etmişik.
35. Allah göylərin və yerin nurudur. Onun nuru içərisində çıraq olan taxçanın (işığına) bənzəyir: çıraq şüşə içərisindədir, şüşə özü də sanki dürlü bir ulduzdur. O, nə Şərqə, nə də Qərbə aid edilməyən mübarək bir ağacın - zeytun ağacının (yağından) alışır. Onun [ağacın] yağı heç od toxunmamış sanki işıq saçar. Nur üstündə nur! Allah istədiyi kəsi Öz nuruna tərəf yönəldir. Allah insanlar üçün misallar çəkir. Axı Allah hər şeyi bilir.
36. Tikilib yüksəldilməsinə və orada adının zikr olunmasına Allahın izn verdiyi evlərdə [məscidlərdə] səhər-axşam Onun şəninə təriflər deyirlər,
37. o adamlar ki, onları nə ticarət, nə alış-veriş Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar ürəklərin çırpınacağı və gözlərin oynayacağı gündən [qiyamətdən] qorxurlar
38. ki, Allah onlara əməllərinin də yaxşısı ilə mükafatlandırsın və Öz lütfünü onlara artırsın. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir.
39. Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir. Susuzluqdan yanan onu su hesab edər. Ona yaxınlaşdıqda isə orada heç bir şey olmadığını görər və öz yanında Allahı tapar. O da ondan tam haqq-hesab tələb edər. Axı Allah tez haqq-hesab çəkəndir.
40. Yaxud üzərində buludlar olan dalğa üstündən dalğanın örtdüyü əngin dənizdəki zülmətə bənzəyir, bir-birinin üstündə olan elə zülmətlərə ki, (insan) əlini çıxararsa, demək olar ki, onu görməz. Allahın nur vermədiyi kəsin işığı olmaz.
41. Məgər sən göylərdə və yerdə olanların, qatar-qatar quşların da Allaha necə təriflər dediklərini görmürsənmi? Hər biri necə dua etdiyini və necə təriflər dediyini bilir. Allah isə onların nə etdiklərini bilir.
42. Göylərin və yerin hökmü Allahındır və dönüş də Allahadır.
43. Məgər sən Allahın buludların necə qovduğunu, sonra onlan qovuşdurduğunu, sonra isə onları bulud yığını etdiyini görmürsən? Sən onların arasından yağmurun necə çıxdığını görürsən. O, səmadan, oradakı dağabənzər buludlardan dolu yağdırır, istədiyi kəsi ona düçar edir və istədiyi kəsi ondan uzaq edir. Onun şimşəyinin parıltısı az qala gözlərin nurunu silib aparır.
44. Allah gecə və gündüzü bir-birilə əvəz edir. Bəsirəti olanlar üçün bunda bir ibrət vardır.
45. Allah hər bir canlını sudan xəlq etmişdir. Onlardan eləsi var ki, qarnı üstə sürünür, eləsi var ki, iki ayaq üzərində gəzir, eləsi də var ki, dörd ayaq üzərində gəzir. Allah istədiyini xəlq edir. Həqiqətən Allah hər şeyə qadirdir.
46. Biz aydınladıcı ayələr nazil etdik. Allah istədiyi kəsi doğru yola apanr.
47. Onlar deyirlər "Biz Allaha və peyğəmbərə iman gətirdik və itaət etdik!". Bundan sonra isə onların bir dəstəsi üz döndərir. Bunlar mömin deyildirlər.
48. Aralarında hökm vermək üçün Allahın və Onun peyğəmbərinin yanına çağırılanda bir də görərsən onların bir dəstəsi üz döndərər [gəlməz].
49. Əgər haqq onların tərəfində olsaydı, onda onun [peyğəmbərin] yanına itaətlə tez gələrdilər.
50. Onların ürəklərində mərəzmi vardır, ya onlar şəkk-şübhəyə düşüblər, yoxsa qorxurlar ki, Allah və Onun peyğəmbəri bunları incidə? Əksinə, bunlar özləri haqsızdırlar.
51. Aralarında hökm vermək üçün Allahın və Onun peyğəmbərinin yanına çağırılarkən möminlərin sözü: "Eşitdik və itaət etdik!" - demələri olar. Bunlar uğur qazananlardır.
52. Allaha və onun peyğəmbərinə itaət göstərib Allahdan çəkinib qorxanlar uğur qazananlardır
53. Onlar ən güclü andları ilə Allaha and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) qalxarlar. De: "And içməyin! İtaətiniz bəllidir. Axı Allah nə etdiklərinizdən xəbərdardır."
54. De: "Allaha itaət edin, peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onda onun üzərindəki [xəbərdarlıq] özü üçün, sizin də üzərinizdəki [itaət] özünüz üçündür. Əgər ona itaət etsəniz, düz yolla gedərsiniz. Peyğəmbərin üzərinə isə ancaq aydın bəyan etmək düşür".
55. Allah sizlərdən iman gətirənlərə və əməlisaleh olanlara vəd etmişdir ki, O, həqiqətən onları özlərindən əvvəlkilər kimi yer üzündə xələflər edəcək, onlar üçün münasib bildiyi dini möhkəmləndirəcək və qorxu çəkdikdən sonra əvəzinə onlara əmin-amanlıq verəcəkdir. Onlar Mənə itaət edərlər, onlar Mənə heç bir şeyi şərik qoşmazlar. Kim bundan sonra küfr edərsə, onlar pozğundurlar.
56. Namazı qılın, zəkatı verin və peyğəmbərə itaət göstərin ki, bəlkə sizə rəhm edilə.
57. Elə sanma ki, kafirlər yer üzündə (Bizi) zəiflədə bilərlər. Onlann yeri cəhənnəm odudur. Nə pis bir dönüş yeridir.
58. Ey iman gətirənlər! Qoy sizin kölə və cariyələriniz və sizlərdən həddi-buluğa çatmayanlar (yanınıza gəlmək üçün) sizdən üç dəfə icazə istəsinlər: sübh namazından əvvəl, günorta çağı paltarınızı çıxarmış olanda və axşam namazından sonra. Sizin paltarsız olmağınız bu üç vaxtda olur. Qalan vaxtlar isə bir-birinizin yanına getmək nə sizə, nə də onlara günahdır. Allah ayələri sizə belə bəyan edir. Axı Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.
59. Sizin uşaqlar həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilərin icazə aldığı kimi (evə daxil olmağa) icazə alsınlar. Allah ayələrini sizə belə bəyan edir. Axı Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.
60. Ərə getmək arzusunda olmayan yaşlı qadınlara isə heç bir zinətini [qadın gözəlliyini] nümayiş etdirmədən üst paltarlarını soyunmaqda bir günah olmaz. Özlərini saxlasalar [soyunmasalar] onlar üçün daha yaxşıdır. Allah hər şey eşidəndir, biləndir.
61. Kora, çolağa və xəstəyə (başqaları ilə birlikdə çörək yeməkdə) günah olmaz. Sizin də öz evlərinizdə, atalarınızın, analaranızın, qardaşlarınızın, bacılarınızın, əmilərinizin, bibilərinizin, dayılarınızın, xalalarınızın evlərində, açarları sizdə olan evlərdə və ya dostunuzun evində çörək yeməyinizdə günah yoxdur. Evlərə daxil olduqda bir-birinizi Allah dərgahından olan, mübarək, xoş bir salamla salamlayın. Allah ayələri sizə belə bəyan edir ki, bəlkə ağla gələsiniz.
62. Mömin o kəslərdir ki, onlar Allaha və Onun peyğəmbərinə iman gətiriblər. Onlar onunla birlikdə müştərək bir işdə olurkən ondan izn istəməsələr getməzlər. Səndən izn istəyənlər Allaha və Onun peyğəmbərinə inananlardır. Əgər onlar bəzi işlər üçün səndən izn istəsələr, onlardan istədiyin kəsə izn ver və Allahın onları bağışlamasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
63. Peyğəmbərə öz aranızda bir-birinizə etdiyiniz kimi müraciət etməyin. Allah sizlərdən kimin fürsət taparaq aradan çıxdığını bilir. Qoy Onun (və ya peyğəmbərin) əmrinə xilaf çıxanlar özlərinə bir bəla üz verməsindən, ya da onlara üzücü bir əzab üz verməsindən qorunsunlar.
64. Bilmək lazımdır ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu bilir. Onlar Ona qaytarılacaqları gün O, nələr törətdiklərini onlara bildirəcəkdir. Axı Allah hər şeyi bilir.