Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/QƏDR SURƏSİ

Vikimənbə saytından
Quran. QƏDR SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Biz onu [Quranı] Qədr gecəsində nazil etdik.

2 Sən haradan biləsən ki, Qədr gecəsi nədir?!

3 Qədr gecəsi min aydan da xeyirlidir.

4 O gecə mələklər və ruh [Cəbrail] öz Rəbbinin izni ilə hər bir əmrə görə enirlər.

5 O [gecə], sübh açılana qədər bir salamatlıqdır.