Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/SƏCDƏ SURƏSİ

Vikimənbə saytından
Quran. SƏCDƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(otuz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Əlif, Lam, Mim.

2 Heç bir şəkk-şübhə olmayan Kitabın [Quranın] nazil edilməsi aləmlərin Rəbbi tərəfindəndir.

3 Yoxsa onlar deyirlər: “Bunu o [Məhəmməd], uydurmuşdur". Xeyr, o, sənin Rəbbindən olan bir haqdır ki, özlərinə səndən əvvəl heç bir öyüd- nəsihət verən [peyğəmbər] gəlməmiş adamlara sən öyüd-nəsihət verəsən, xəbərdarlıq edəsən, bəlkə düz yolla gedələr.

4 Göyləri, yeri və onların arasında olanları altı günə yaradan, sonra ərşdə qərar tutan Allahdır. Ondan başqa sizin nə bir havadarınız, nə də bir himayədarınız vardır. Heç bir düşünüb daşınmazsınızmı?

5 O, göydən yerə qədər bütün işləri idarə edir, sonra da onlar [işlərin nəticəsi] sizin saydığınız (illərdən) min ilə barabər olan bir gün [qiyamət günü] Ona qalxıb (ərz olunar).

6 Qeybin də, aşkarın da bilicisi, qüdrətli və rəhmli,

7 hər şeyi gözəl bir şəkildə yaradan, insanı ilk olaraq palçıqdan xəlq edən,

8 sonra onun nəslini zəif bir su damlasından törədən,

9 sonra da ona (insan) şəkli verərək Öz ruhundan ona üfürüb nəfəs verən və sizin üçün qulaq, göz və ürəkləri yaradan Odur. Siz necə də az şükr edirsiniz.

10 Onlar deyərlər "Biz torpağa qarışıb yox olarıqsa, yenidənmi xəlq olunarıq?" Bəli, onlar özlərinin Rəbbi ilə görüşəcəklərini inkar edirlər.

11 De: "Sizə təhkim olunmuş ölüm mələyi canınızı alacaq, sonra isə siz Rəbbinizə qaytarılacaqsınız."

12 Günahkarın öz Rəbbi qarşısında necə də başlarını aşağı dikib: “Rəbbimiz, biz gördük və eşitdik. Bizi geri qaytar ki, düz əməllər tutaq. Biz artıq qəti iman gətirdik." - dediklərini bir görəydin!

13 Əgər istəsəydik, Biz hər kəsə öz düz yolunu verərdik, lakin haqq olaraq: “Cəhənnəmi tamamilə cinlər və insanlarla dolduracağam.” - sözlərini Mən demişəm.

14 (Onlara deyiləcək): "Bu gününüzlə görüşü unutduğunuza görə (əzabı) dadın! Biz də sizi unutduq. Tutmuş olduğunuz əməllərə görə əbədi əzabı dadın!"

15 Ayələrim izə yalnız o kəslər inanırlar ki, ayələrimiz onların yadına salınanda onlar səcdəyə qapılır, təkəbbür göstərməyərək öz Rəbbinə təriflər deyir,

16 (çox ibadət etdiklərinə görə) yataqlarından uzaq düşərək qorxu və ümidlə özlərinin Rəbbinə dua edir və Bizim verdiyimiz ruzidən sərf edirlər.

17 Heç bir kəs tutduğu əməllərin əvəzi olaraq hansı müjdənin [mükafat və ya cəzanın] onlar üçün gizlədilib saxlandığını bilməz.

18 Məgər mömin olan kəs pozğun kəs kimidir? Onlar bərabər ola bilməzlər.

19 iman gətirib əməlisaleh olanlar üçün gördükləri işlərə görə düşüb qalacaqları yer Mə'va [cənnət] bağları olacaqdır.

20 Yoldan çıxanların düşəcəkləri yer isə cəhənnəm odudur, hər dəfə onlar oradan çıxmaq istəyəndə yenidən onun içərisinə qaytarılacaqlar və onlara: "Yalan hesab etdiyiniz odun əzabını dadın!" - deyiləcəkdir.

21 (Axirətdəki) ən böyük əzabdan əvvəl Biz onlara ən yaxın əzabı [dünya əzabını] da daddıracağıq ki, bəlkə onlar (imana) qayıdalar.

22 Öz Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərəndən daha haqsızı kim ola bilər? Biz günahkarlardan mütləq intiqam alacağıq.

23 Biz Musaya Kitab vermişdik - onunla görüşə şübhədə olma! - və onu İsrail övladları üçün yol göstəricisi etmişdik.

24 Səbr etdikləri və ayələrimizə qəti inandıqları üçün əmrimizlə onlardan öncüllər müəyyən etdik.

25 Həqiqətən, sənin Rəbbin onların ixtilafda olduqları məsələlər barədə qiyamət günü aralannda hökm verəcəkdir.

26 Özlərindən əvvəl, indi yurdlarında gəzib dolaşdıqlan neçə-neçə nəsil məhv etməyimiz onları düz yola gətirməzmi? Həqiqətən də bunda ibrətlər vardır. Məgər onlar eşitmirlər?!

27 Onlar Bizim suyu quru torpağa göndərib onunla heyvanların və özlərinin yedikləri bitkiləri bitirdiyimizi görmürlərmi? Bəsirət gözləri ilə bir baxmazlarmı?!

28 Onlar: "Əgər düz deyirsinizsə, onda fəth [qiyamət günü] nə vaxt olacaqdır?“ - deyərlər.

29 De: “Fəth günü kafirlərə etdikləri imanları fayda verməz və onlara möhlət də verilməyəcəkdir."

30 Sən onlardan üz çevir və gözlə. Onlar da gözləməkdədirlər.