Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/SAFFAT SURƏSİ

Vikimənbə saytından
Quran. SAFFAT SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz səksən iki ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə


1. And olsun səf-səf duranlara,

2. (pis əməllərdən) çəkindirənlərə,

3. Quran ayələrini oxuyanlara ki,

4. həqiqətən, sizin tannnız birdir!

5. O, göylərin, yerin və onlann arasında olanlann Rəbbidir, (günəşin, ayın və ulduzların) doğduğu yerlərin də Rəbbidir.

6. Biz ən yaxın olan göy üzünü ulduzlar çil-çırağı ilə bəzədik,

7. həm də onu hər cür üsyankar şeytandan qoruduq.

8. Onlar ali topluma [mələklərə] qulaq asa bilməzlər və hər tərəfdən onlann üstünə (axan ulduzlar) yağdırılır ki,

9. oradan qovulalar. Onlara daimi bir əzab olacaqdır.

10. Lakin (şeytanlardan) kimsə (toplumdan) bir söz qapıb qaçarsa, onu da hər şeyi dəlib keçə bilən axan ulduz təqib edər.

11. Bir onlardan [müşriklərdən] soruş ki, onlarımı yaratmaq çətindir, yoxsa (başqa) xəlq etdiklərimizi? Biz ki onlan yapışqan kimi bir palçıqdan xəlq etmişik.

12. Sən təəccüb edirsən, onlar isə ələ salırlar,

13. onlara öyüd-nəsihət veriləndə ibrət atanırlar.

14. Onlar (Allahın qüdrətinə) bir dəlil görəndə ələ salıb

15. deyirlər: “Bu, aşkar bir sehrbazlıqdan başqa bir şey deyildir!

16. Məgər olub, torpaq və sümük olduqdan sonra yenidən dirilərikmi biz

17. və ya ata-babalarımız?"

18. De: “Bəli, siz (diriləcəksiniz) həm də zəlil bir vəzyyətdə!”

19. O [dirilmə], ancaq (surun) qorxunc bir səsi ilə olacaqdır, onlar (dirilib) baxa-baxa qalacaq

20. və deyəcəklər "Vay halımıza, bu ki, haqq-hesab günüdür!"

21. Onlara deyiləcək: “Bu, sizin yalan hesab etdiyiniz ayırd etmə günüdür."

22. (Mələklərə əmr olunacaq): "Toplayın bir yerə haqsızlıq edənləri, onlann yoldaşlarını və ibadət etdiklərini

23. Allahdan savayı. Onlara cəhənnəm yolunu göstərin

24. və onları dayandırın, axı onlar sorğu-suala tutulmalıdırlar."

25. (Kafirlərə) deyiləcək: "Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?"

26. Bəli, onlar bu gün təslim olmuşlar.

27. Onlar bir-birilərinə üz tutaraq mübahisəyə girişərlər.

28. (Müşriklər öz başçılarına) deyərlər. "Axı siz bizim yanımıza (haqlı olduğunuza) and-amanla gəlirdiniz."

29. Başçıları deyərlər. “Xeyr, siz iman gətirən deyildiniz

30. və bizim üzərinizdə heç bir hökmranlığımız yox idi. Əksinə, siz həddini aşmış xalq idiniz.

31. Rəbbimizin sözü bizə haqq oldu və biz mütləq (əzabı) dadasıyıq!

32. Biz sizi yoldan çıxartdıq, axı özümüz də azmış idik

33. Doğrudan da o günü onlar əzaba şərik olacaqlar,

34. Günahkarfaria Biz belə rəftar edəcəyik!

35. Onlara deyəndə ki, “Allahdan başqa bir tanrı yoxdur!”, onlar təkəbbür göstərərək

36. deyirdilər, “Məgər biz doğrudan da bir divanə şairin ucbatından öz tanrılarımızı tərk edərik?”

37. O [Məhəmməd] isə haqla gəldi və (əvvəlki) peyğəmbərlərin həqiqiliyini təsdiq etdi.

38. Siz, əlbəttə üzücü əzabı dadmalısınız!

39. Siz ancaq etdiyiniz əməllərə görə cəza alacaqsınız.

40. Bircə Allahın sədaqətli bəndərindən başqa.

41. Onlar üçün məlum bır ruzi-

42. meyvələr olacaq və onlara ehtiram göstəriləcəkdir.

43. Nəim [cənnət] bağlannda,

44. üzbəüz olaraq taxtlar üzərində.

45. Onlar üçün çeşmədən piyalələr (doldurub) dolandıracaqlar

46. şəffaf, içənlər üçün ləzzətli (çeşmədən).

47. Onun içərisində nə (insanı) coşduran bir şey vardır, nə də ondan məst olarlar.

48. Yanlarında (həyadan) baxışları aşağı dikilmiş (zövcələr) vardır,

49. sanki onlar qorunub (ağappaq) saxlanmış yumurtadırlar.

50. Onlar bir-birilərinə üz tutaraq sorğu-sual [söhbət] edərlər.

51. Onlardan biri deyər “Mənim bir yoldaşım var idi,

52. O deyərdi: "Sən məgər (bunu) doğru hesab edirsən ki,

53. biz ölüb torpaq və sümük olduqdan sonra mühakimə oluna bilərik?"

54. O (öz yoldaşlarına) deyər: "Bir (onun vəziyyətini) görmək istərsinizmi?"

55. Özü gedib baxaraq, onu cəhənnəmin ortasında gördü

56. və dedi: "And olsun Allaha ki, sən məni az qala məhv edəcəkdin.

57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də bura gətirilənlərdən olardım."

58. (O qayıdaraq): "Görəsən bizim üçün bir də ölüm olmayacaq

59. ilk ölümdən savayı və biz əzaba məruz qalmayacağıq?” - dedi.

60. Həqiqətən də bu, böyük uğurdur!

61. Qoy zəhmət çəkənlər bunun [bu uğur] üçün zəhmət çəksinlər.

62. Qonağa vermək üçün bumu yaxşıdır, yoxsa zəqqum ağacı?

63. Biz onu haqsızlar üçün aldadıcı bir şey etdik.

64. O cəhənnəmin dibindən çıxan bir ağacdır,

65. onun meyvələri şeytanların başları kimidir.

66. Onlar bundan yeyər və bununla qarınlarını doldurarlar.

67. Sonra orada onlar üçün zəqqumun üstündən (içəcəkləri) qaynar bir içki vardır.

68. Sonra onlar mütləq cəhənnəmə qayıdacaqlar.

69. Onlar öz ata-babalarını yoldan çıxmış halda tapmışdılar

70. və özləri də onların izi ilə getdilər.

71. Onlardan əvvəlkilərin çoxu da yoldan çıxmışdı.

72. Biz onların içərisinə öyüd-nəsihtçilər göndərdik.

73. Bir bax gör, nəsihət olunmuşların aqibəti necə oldu,

74. Allahın sadiq bəndələri istisna olmaqla!

75. Nuh Bizi səslədi. Biz (onun çağırışına) necə də yaxşı cavab verənik!

76. Biz onu və onun ailəsini böyük fəlakətdən qurtardıq.

77. Onun soyunu (yer üzündə) həmişəlik saxladıq.

78. Sonra gələnlər arasında onun üçün (gözəl ad) qoyduq ki,

79. "Aləmlər içərisində Nuha salam olsun!" - (deyərlər).

80. Biz xeyir əməllər edənləri belə mükafatlandırırıq.

81. Həqiqətən də o, Bizim mömin bəndələrdən idi.

82. Sonra isə Biz digərlərini suya qərq etdik.

83. İbrahim də onun yolu ilə gedənlərdən idi.

84. O zaman o, təmiz ürəklə öz Rəbbinin yanına gəldi.

85. O zaman o, öz atasına və camaatına dedi: "Siz nəyə ibadət edirsiniz?!

86. Allahı qoyub uydurma tanrılarmı istəyirsiniz?!

87. Aləmlərin Rəbbi barəsində nə fikirləşirsiniz?!”

88. O, ulduzlara nəzər salaraq baxdı

89. və dedi: "Mən həqiqətən xəstəyəm!"

90. Onlar ondan üz çevirib geri döndülər.

91. İbrahim xəlvətcə onların tanrılarının yanına gəlib dedi: “Siz yemirsinizmi?

92. Sizə nə olub ki, danışmırsınız?”

93. Sonra onların üstünə atılaraq sağ əli ilə onları vurdu.

94. Camaat ona tərəf axışıb gəldi.

95. O dedi: “Məgər siz yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?

96. Sizi də, o düzəltdiklərinizi də Allah yaratmışdır."

97. Onlar dedilər. “Onun üçün bır qurğu qurun və onu oda atın!"

98. Onlar ona qarşı fitnə qurmaq istədilər, Biz isə onları pərt etdik.

99. İbrahim dedi: “Mən Rəbbimə tərəf üz tuturam, O, mənə düz yol göstərər.

100. Rəbbim! Mənə bir əməlisaleh (övlad) bəxş et!"

101. Biz ona çox ağıllı bir oğlan uşağının [İsmailin] müjdəsini verdik.

102. O, iş qabiliyyətli yaşına çatanda İbrahim dedi: "Oğlum, yuxuda görürəm ki, səni qurban kəsirəm. Bir gör nə düşünürsən?" O dedi: "Ata, sənə buyrulanı et, Allah qoysa məni səbrli, dözümlü görərsən."

103. İkisi də (Allahın əmrinə) itaət etdikdə və İbrahim onu yerə uzatdıqda

104. Biz onu “Ey İbrahim!:

105. Artıq sən gördüyün röyanın (Allah tərəfindən olduğunu) təsdiq etdin.” dəyə səslədik. Biz xeyir əməllər tutanı belə mükafatlandırırıq.

106. Həqiqətən də bu, aşkar bir sınaqdır.

107. Böyük bir qurbanlığı Biz ona (uşağın əvəzinə) fidyə olaraq verdik.

108. Sonra gələnlər arasında onun üçün (gözəl ad) qoyduq ki,

109. “İbrahimə salam olsun!“ - (deyələr).

110. Xeyir əməllər tutanları Biz belə mükafatlandırırıq!

111. Axı o, Bizim mömin bəndələrdən idi.

112. Biz ona əməlisalehlərdən peyğəmbər olacaq İshaqın müjdəsini verdik.

113. Ona [İsmailə] və ishaqa xeyir-bərəkət verdik. İkisinin də nəsli içərisində əməlisalehi də, aşkar özünə züim edəni də var idi.

114. Biz Musaya və Haruna da mərhəmət göstərdik.

115. Özlərini və onların camaatını böyük fəlakətdən xilas etdik.

116. Biz onlara gömək göstərdik və qalib gələnlər onlar oldular.

117. Onlara aydın Kitabı bəxş etdik

118. və onları düz yola çıxartdıq.

119. Sonra gələnlər arasında onlar

120. “Musaya və Haruna salam olsun!“ - (deyələr).

121. Xeyir əməllər tutanları Biz, belə mükafatlandırırıq!

122. Axı onlar ikisi də Bizim mömin bəndələrdən idilər.

123. Həqiqətən, İlyas da elçilərdəndir.

124. O zaman o, öz camaatına dedi: "Məgər siz Allahdan qorxmursunuz?

125. Yaradanların ən yaxşısını qoyub Bələmi [büt adı] dua edirsiniz?

126. Allahı, Rəbbinizi, ata-babalarınızın Rəbbini (bir yana qoyub)?"

127. Onlar İlyası yalançı hesab etdilər. Həqiqətən də onlar hüzura toplanılacaqlar.

128. Allahın sadiq bəndələri istisna olmaqla.

129. Sonra gələnlər arasında onun üçün (gözəl ad) qoyduq ki,

130. "llyasa salam olsun!" - (deyələr).

131. Xeyir əməllər tutanları Biz belə mükafatlandırırıq!

132. Axı o, Bizim mömin bəndələrdən idi.

133. Həqiqətən, Lut da elçilərdəndir.

134. O zaman Biz onu və onun bütün ailəsini xilas etdik,

135. təkcə məhvə düçar edilmişlər içərisində qalmış qarıdan başqa.

136. Sonra Biz başqalarını məhv etdik.

137. Axı siz onların yanından keçirsiniz gündüz də,

138. gecə də. Bir ağlınız başınıza gəlməzmi?

139. Həqiqətən, Yunus da elçilərdəndir.

140. O zaman o, dolu gəmiyə tərəf qaçdı.

141. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.

142. O, özünü danlayıb (dənizə atıldıqdan sonra) onu nərə balığı uddu.

143. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,

144. insanların dirildiləcəyi günə [qiyamətə] qədər onun qarnında qalacaqdı.

145. Biz onu xəstə vəziyyətdə (balığın qarnından) sahilə atdıq.

146. (Üstünə kölgə salsın deyə) onun yanında iri yarpaqlı bir ağac bitirdik.

147. Biz onu sayı yüz min və bundan da çox olan bir (tayfayaya peyğəmbər) göndərdik.

148. Onlar iman gətirdilər və Biz də onlara bir müddətə kimi möhlət verdik.

149. Sən bir onlardan soruş: "Məgər qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?"

150. Yoxsa Biz mələkləri onların gözləri önündə qız olaraqmı yaratmışıq?

151. Xeyr! Onlar yalançı olduqlarından deyirlər:

152. "Allahın uşağı olmuşdur!" Axı onlar yalan deyirlər.

153. Məgər O, qızları oğlanlardan üstün tutub?!

154. Sizə nə olub, siz necə mühakimə yürüdürsünüz?!

155. Heç bir düşünürsünüz?

156. Yoxsa sizin aydın bir dəliliniz vardır?

157. Əgər düz deyirsinizsə, onda kitabınızı gətirin!

158. Onlar Onunla cinlər arasında qohumluq olduğunu uydurdular. Cinlər isə artıq bilirdilər ki, onlar; hüzura toplayacaqlar.

159. Allaha təriflər olsun ki, O, onların verdikləri sifətlərdən yüksəkdədir!

160. Allahın sadiq bəndələrinin (verdikləri sifətlər isə) istisnadır.

161. Axı siz və sizin ibadət etdikləriniz -

162. sizlər Ona qarşı (heç kimi) tovlayıb yoldan çıxara bilməzsiniz,

163. ancaq cəhənnəmə girəcək kəslərdən başqa.

164. (Mələklər deyərlər): "Bizlərdən hər birimizin məlum bir yeri vardır.

165. Biz, həqiqətən də səf-səf duranlarıq,

166. biz, həqiqətən də Allaha tərif deyənlərik."

167. Onlar [kafirlər] isə həqiqətən belə deyirdilər

168. "Əgər bizdə əvvəlkilərdən bir Zikr [Səmavi kitab] olsaydı,

169. Onda biz də Allahın sadiq bəndələri olardıq."

170. Lakin (kitab gəldikdə) onlar onu inkar etdilər. Onlar sonra biləcəklər!

171. Bizim elçi göndərilmiş bəndələrimiz haqqında əvvəldən [Lövhü- Məhfuzda] hökmümüz olmuşdur:

172. "Həqiqətən də onlara mütləq kömək ediləcəkdir.

173. Axı Bizim qoşunumuz müzəffərdir."

174. Sən bir müddətə onlardan üz çevir

175. və onların (halına) bax, onlar (bu yaxında) görəcəklər!

176. Onlar Bizi əzab verməyəmi tələsdirirlər?!

177. Əzab isə onların yurd-yuvasına düşərsə, gör öyüd-nəsihət verilmişlərin sabahı necə pis olacaqdır!

178. Sən bir müddət onlardan üz çevir

179. və onların (halına) bax, onlar (bu yaxında) görəcəklər!

180. Sənin Rəbbinə, qüdrət və qüvvət sahibi Rəbbinə təriflər olsun, O, onların verdikləri sifətlərdən yüksəkdədir!

181. Salam olsun elçilərə!

182. Aləmlərin Rəbbi Allaha həmd olsun!