Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/Surə adları
Quran. Surə adları Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
1 Fatihə - Quranın ilk surəsi olduğu üçün açan mə’nasını verən “Fatihə" adlandırılmışdır. “Kitabın anası" mənasında "Ummul-Kitab", dinin əsasını özündə ehtiva etdiyi üçün "əl-Əsas", ana xətlərilə islamı anlatdığına görə "əl-Vafiyə" və "əl-Kafiyə", Qur’anın ən çox oxunan surəsi olduğu üçün "təkrarlanan yeddi ayə" mə’nasında "əs-Səb’ul-Məsani", bir çox sirləri əhatə etdiyi üçün "əl-Kənz" kimi adlar da almışdır.
2 Bəqərə - Quranın ən uzun surəsidir. Adını 67-71-ci ayələrdə yəhudilərə kəsmələri əmr olunan sığırdan almışdır. Yalnız 281-ci ayəsi vida həccində Məkkədə enmişdir. İnanca, əxlaqa və həyat nizamına dair hökmlərin böyük bir hissəsi bu surədə verilmişdir.
3 Ali-İmran - Həzrət Məryəmin atasının mənsub olduğu İmran ailəsindən söz getdiyi üçün surə bu adı almışdır.
4 Nisa - “Nisa" qadınlar deməkdir. Bu surə daha çox qadından, onun cəmiyyətdəki ictimai yer və dəyərlərindən bəhs etdiyi üçün ona bu ad verilmişdir.
5 Maidə - "Maidə” süfrə deməkdir. 112 və 114-cü ayələrdə Həzrət İsa zamanında göydən endirilməsi istənilən bir süfrədən bəhs edildiyi üçün surəyə bu ad verilmişdir.
6 Ənam - surənin bəzi ayələrində ərəblərin qurban edilən heyvanlarla bağlı bir sıra adətləri qınanıb məzəmmət edildiyi üçün surəyə qoyun, keçi, dəvə, sığır, camış, ümumiyyətlə mal-qara mə’nasında olan "Ənam" adı verilmişdir.
7 Əraf - 46 və 48-ci ayələrdə cənnət və cəhənnəm əhli arasındakı "hündür yer" mə"nasında olan "Əraf'da dolaşan insanlardan söz getdiyi üçün surəyə bu ad verilmişdir.
8 Ənfal - bəxşiş, hədiyyə, qənimət mənasında olan “Nəfər sözünün cəm formasıdır. İslam dinini müdafiə etmək üçün aparılan döyüşlərdə əldə edilən savaba əvəz olaraq alınan qənimət malına da “nəfəl” deyilir. Surənin birinci ayəsində savaşdan əldə edilən qənimətlərin Allaha və rəsuluna aid olduğu ifadə edildiyi üçün surəyə bu ad verilmişdir.
9 Tövbə - 104-cü ayəsi tövbə ilə bağlı olduğu üçün surəyə bu ad verilmişdir. Surənin bundan başqa da bir sıra adlan olub. Bunlardan daha çox məşhur olanı "Bəraə"dir. Bu surənin "ənfal" surəsinin davamı və ya sərbəst bir surə olub-olmadığı haqqında ixtilaf olduğu üçün başlancığında bəsmələ (bismillahi-r-rəhmani -r-rəhim) yazılmamışdır.
10 Yunus - 98-ci ayədə Həzrəti Yunusun tayfasından (qövmündən) bəhs edildiyi üçün surəyə bu ad verilmişdir.
11 Hud-50-60-cı ayələrdə Ərəbistan sakinlərinə göndərilmiş peyğəmbərlərdən biri olan Hud (ə.s.)ın həyatından bəhs edildiyi üçün surəyə bu ad verilmişdir.
12 Yusuf - başlanğıcından sonuna qədər Yusuf peyğəmbərdən bəhs etdiyi üçün surə bu adı almışdır.
13 Rə'd - on üçüncü ayəsində göy gurultusu mə’nasına gələn "Rə’d" kəlməsi işləndiyi üçün surəyə bu ad verilmişdir.
14 İbrahim-35-41-ci ayələrində İbrahim əleyhissalamın duaları əhatə olunduğundan surəyə bu ad verilmişdir.
15 Hicr-Hicr Saleh peyğəmbərin tayfasının (qövmünün) yaşadığı bir yer adıdır. 80-84-ci ayələrdə Hicrdən bəhs edildiyi üçün surəyə bu ad verilmişdir.
16 Nəhl - 68 və 69-cu ayələrində "bal arısı" mənasında olan "Nəhl" sözü işləndiyi üçün surəyə bu ad verilmişdir.
17 İsra-"isra" kəlməsi "gecə vaxtı yol getmək" mənasındadır. Həzrət peyğəmbərin merac möcüzəsinin Məkkədən Qüdsə qədər olan hissəsi bu surədə anladıldığından surə “İsra" adını almışdır.
18 Kəhf - surə bu adı içərisində söz açılan və "mağara dostları" demək olan "Əshabi-Kəhfdən almışdır.
19 Məryəm - bu surə digər məsələlərlə yanaşı, xüsusi olaraq həzrəti Məryəmdən və onun həzrəti İsanı dünyaya gətirməsindən bəhs etdiyi üçün "Məryəm surəsi' adını almışdır.
20 Taha - surə "Ta" və “ha" hərfləri ilə başlandjğı üçün bu adı almışdır.
21 Ənbiya - başqa məsələlərlə yanaşı bəzi peyğəmbərlər və onların öz tayfaları (qövmləri) ilə münasibətlərindən xüsusi olaraq bəhs edildiyi üçün surəyə "Ənbiya" (peyğəmbərlər) adı verilmişdir.
22 Həcc - bu surədə həcc ziyarətinin fərz hesab edilməsi daha öncə həzrəti İbrahim tərəfindən başlanıldığından və həzrəti Məhəmməd tərəfindən də davam etdirildiyindən bəhs edildiyi üçün surəyə "Həcc surəsi" deyilmişdir.
23 Muminun-xüsusilə ilk ayələrində möminlərin ibadətlərindən, əxlaqi həyat tərzlərindən və nail olacaqları axirət ne’mətlərindən bəhs edildiyi üçün surə "Mu’minun" ("Möminlər") adını almışdır.
24 Nur-Nur ayəsi"-deyə bilinən 35-ci ayədə Allahın göyləri və yeri aydınladan nurundan bəhs edildiyi üçün "Nur surəsi" adını almışdır.
25 Furqan-surə adını ilk ayəsində verilmiş “Furqan" sözündən almışdır. "Furqan" “haqqı batildən ayırd edən" deməkdir və Qurani-Kərimin adlarından biridir.
26 Şüəra-"Şüəra" şairlər deməkdir. 224-cü ayəsində şairlərdən söz açıldığı üçün surə bu adı almışdır.
27 Nəml-"Nəml" qarışqa deməkdir. 18-ci ayəsində Süleyman peyğəmbərin ordusuna yol verən qarışqalardan söz getdiyi üçün surə bu adı almışdır.
28 Qəsəs-"Qəsəs" əhvalatlar, hekayətlər deməkdir ki, bu da Musa peyğəmbərin uşaqlıqdan bəri başına gələn əhvalatlar və onun mübarizələri ilə bağlıdır.
29 Ənkəbut-"Ənkəbut" hörümçək deməkdir. 41-ci ayəsində kafirlərin işləri hörümçək toruna bənzədildiyi üçün surə bu adı almışdır.
30 Rum-İranlılarla aparılan müharibədə yenilmiş olan rumların (bizanslıların) təkrar qalib gələcəkləri anladıldığından surəyə bu ad verilmişdir.
31 Loğman-Loğmanın hekayətini anlatdığı üçün bu adı almışdır.
32 Səcdə-surənin adı səcdə etməkdən söz gedən 15-ci ayəsindən götürülmüşdür.
33 Əhzab-"əhzab" "hizb"in cəmidir. Topluluq, firqə. qrup, bölük, partiya kimi mə’naları vardır. Hər gün mütəmadi olaraq davam etdirilən dua silsiləsinə, Quran cüzünün dörddə birinə də hizb deyilir. Bu surədə müsəlmanlara qarşı vuruşmaq üçün birləşən ərəb qəbilələrindən bəhs edildiyi üçün ona bu ad verilmişdir.
34 Səba - surə bu adı Yəməndə bir bölgə və ya bir qəbilə adı olan “Səba" kəlməsinin keçdiyi 15-ci ayədən almışdır.
35 Fatir-yaradan, xaliq mənasında olub adını həmin sözün işləndiyi 1-ci ayədən götürmüşdür.
36 Yasin-surə adını iki hərfdən ibarət olan ilk ayədən almışdır. Surəyə ad olaraq verilən "Yasin"in ümumiyyətlə "Ey insan!" mənasında gəldiyi qəbul edilir. Bu müraciət isə həzrəti peyğəmbərədir. Yasin surəsi Quranın qəlbi qəbul edilmiş və müsəlmanlar arasında xüsusi bir önəm qazanmışdır. Fəziləti haqqında hədislər vardır.
37 Saffat-surə adını səf tutmuş mələklərə işarə edən ilk ayədən almışdır. "Saf-fat“-cərgə ilə, sıra ilə, səf-səf duranlar deməkdir. 38 Sad-surə adını 1-ci ayənin başlancığında verilmiş “sad" hərfindən götürmüşdür.
39 Zumər-Bu adı 71 və 73-cü ayələrdə verilən mömin və kafirlərin təşkil etdikləri topluluqlar mənasını verən "zumər" kəlməsindən almışdır.
40 Mumin- inanan, iman gətirən mənasındadır. Surə bu adı Fironun ailəsindən inanan bir nəfərin 28-45-ci ayələrdə söylədiklərindən almışdır.
41 Fussilət-mə’nası "müfəssəl izah edilmiş" deməkdir. Adını 3-cü ayədə işlədilən eyni sözdən götürmüşdür.
42 Şura-bu adı 38-ci ayədə gedən və müsəlmanların öz işlərini aralarında məsləhət-məşvərətlərlə görmələrinin gərəkliliyini bildirən "məsləhət, məşvərət" mənasında işlənmiş "Şura" sözündən götürmüşdür.
43 Zuxruf-"qızıl zinət" (bəzək) anlamındadır. Surədə bunlardan söz getdiyi və Allahın insana sahib olduğu qızıl və cavahirat deyil, inanc və davranışına görə dəyər verdiyi anladıldığı üçün surə bu adı almışdır.
44 Duxan-bu ad 10-cu ayədə keçən və ’’duman" mə’nasında olan "duxan" kəlməsindən alınmışdır.
45 Casiyə-surə bu adı 28-ci ayədə verilmiş "diz üstə çökənlər" anlamında olan "casiyə" sözündən almışdır. Bu surəyə "Şəriət” və "Dəhr" surəsi də deyilmişdir.
46 Əhqaf-Ad tayfasının (qövmünün) yaşadığı bölgədə küləklər "əhqaf" - qum təpələn əmələ gətirirdi. İçərisində bu tayfanın yaşadığı bölgə və qum təpələrindən söz getdiyi üçün surə "Əhqaf" adını almışdır.
47 Muhəmməd-bu ad peyğəmbərimizin adından alınmışdır. Surəyə "Qital” surəsi də deyilmişdir.
48 Fəth-içərisində islamın əldə edəcəyi fəth, uğur və zəfərlərdən bəhs edildiyi üçün surə "fəth" adını almışdır.
49 Hucurat-surə bu adı 4-cü ayədəki otaqlar mə’nasında olan "Hucurat" kəlməsindən almışdır.
50 Qaf-surə ayrıca "qaf" hərfi ilə başlandığı üçün bu adı almışdır.
51 Zariyat-surə adını ilk ayəsində verilən və "küləklər" mə’nasında olan "za-riyat” sözündən götürmüşdür.
52 Tur-surə bu adı birinci ayəsində verilən və üzərində həzrəti Musaya Tövratın endiyi, onun Allaha xitab etdiyi Tur dağından almışdır.
53 Nəcm-bu ad ilk ayədə and içilən "ulduz" mə’nasında olan “nəcm" sözündən alınmışdır.
54 Qəmər-"ay" mə nasındadır. Ayın yarılması möcüzəsindən bəhs etdiyi üçün bu adı almışdır.
55 Rəhman-bu ad ilk ayə kimi verilmiş "mərhəmətli" mənasında olan “rəhman”dan götürülmüşdür.
56 Vaqiə-surə bu adı ilk ayəsində gedən və qiyamət əhvalatını (hadisəsini) ifadə edən "vaqiə" kəlməsindən almışdır.
57 Hədid-"dəmir" mənasında olan "hədid" sözündən götürüldüyü və dəmirin faydasından bəhs etdiyi üçün surə bu adı almışdır.
58 Mucadələ-mübahisə, münaqişə mə’nasındadır. Surə adını bir qadının əri ilə bağlı həzrəti peyğəmbərlə mübahisəyə girdiyini, Allaha şikayət etdiyini anladan birinci ayəsindən götürmüşdür.
59 Həşr-"topianma" mənasında olan bu surə 2-7-ci ayələrində yəhudi qəbilə-lərindən olan Nadir oğullarının Mədinədən qovulmaları ilə bağlı mə’lumat verdiyi üçün bu adı almışdır.
60 Mumtəhinə - "imtahana çəkilən qadın" mənasında olan bu surə adını 10-cu dindəki "imtəhinu" -"imtahana çəkin" sözündən götürmüşdür.
61 Saff-"səf" deməkdir. Bu adı surə möminlərin səf tutaraq Allah yolunda vuruşduqlarını bildirən 4-cü ayəsindən almışdır.
62 Cumüə-"cümə" deməkdir. Sur adını 9-cu ayəsində verilmiş "cümüə" sözündən almışdır.
63 Munafiqun-"munafiqun" sözünün hərfi mənası "riyakarlar, "ikiüzlülər" deməkdir. Münafiqlərin davranışlarından bəhs etdiyi üçün surə bu adı almışdır.
64 Təğabun-surə bu adı 9-cu ayəsində "qarşılıqlı aldanma" mə’nasında işlənmiş "təğabun" sözündən götürmüşdür.
65 Talaq-"talaq" boşanma anlamındadır. Surə boşanma mövzusuna həsr edildiyi üçün bu adı almışdır.
66 Təhrim-mənası "qadağan" deməkdir. Surə bu adı həzrəti peyğəmbərin bə’zi yeməkləri özünə qadağan etdiyini anladan birinci ayədən almışdır.
67 Mülk-surə bu adı birinci ayəsində "hakimiyyət" mə’nasında olan "mülk" sözündən almışdır.
68 Qələm-adını ilk ayəsində işlədilmiş "qələm" kəlməsindən almışdır. “Nun" surəsi adı ilə də anılır.
69 Haqqə-surə bu adı ilk ayəsindəki "haqqə" kəlməsindən almışdır. Bu ada müxtəlif mənalar verilmişdir. Sözün kökü "haqq" sözü olduğu üçün haqq, həqiqət mə’nası olsa da, ona daha çox "qiyamət" mə’nası verilmişdir.
70 Məaric-surə bu adı 3-cü ayəsindəki "məaric" kəlməsindən götürmüşdür. Məaric "merac" sözünün cəmi olub "yüksəlmə dərəcələri” deməkdir.
71 Nuh-həzrəti Nuhun ilahi elçi olaraq göndərilməsi və onun apardığı mübarizə anladıldığından surə bu adı almışdır.
72 Cinn - "cinlər" deməkdir. Cinlərin Qur’anı dinləyib haqq yoluna gəldikləri anladıldığı üçün surə bu adı almışdır.
73 Muzzəmmil - surə adını ilk ayəsindəki "örtünüb bürünən” mə’nasında olan "əl-muzzəmmil" sözündən götürmüşdür.
74 Muddəssir - surə adını ilk ayəsindəki "muddəssir" sözündən götürmüşdür. "Muddəssir" örtüyünə bürünən, sarınan deməkdir.
75 Qiyamə - bu adı surə ilk ayəsindəki "qiyamət” mə’nasındakı “qiyamə” sözündən götürmüşdür.
76 İnsan - bu adı ilk ayəsindəki “insan" sözündən almışdır. Surə “Həl Ətakə”, "Dəhr", "Əbrar" və "Əmşac" adları ilə də anılır.
77 Mursəlat - surə ilk ayəsi "göndərilənlər" mə’nasında olan "mursəlat" sözü ilə başlandığı üçün bu adı almışdır. Təfsirçilərə görə “göndərilənlər” dedikdə aləmin idarəsi ilə bağlı bir qisim mələklər və ya küləklər, yaxud peyğəmbərlər və ya Qur’an ayələri nəzərdə tutula bilər.
78 Nəbə - "nəbə" xəbər deməkdir. Qiyamət xəbərlərini ehtiva etdiyi üçün surə bu adı almışdır.
79 Naziat - bu adı surə ilk ayəsində "söküb çıxaranlar" və ya "çəkib çıxaranlar" mə’nasında işlənən "naziat" sözündən götürmüşdür.
80 Əbəsə — adını "qaşqabağını tökmək", "üzünü turşutmaq" anlamında olan ilk kəlməsindən götürmüşdür.
81 Təkvir - surənin ilk ayəsində qiyamət günü günəşin qatlanıb bürmələnəcəyi mə’nasında işlənən "Kuwirət" sözündən bu ad meydana çıxmışdır.
82 lnfitar - mənası "yarılmaq" deməkdir. Qiyamət günü göyün yarılacağından söz açaraq başlandığı üçün surə bu adı almışdır.
83 Mutəffifin - "çəkidə və ölçüdə aldadanlar" mənasındadır. Çəkidə və ölçüdə hiylə işlədənləri pisləməklə başlandığı üçün surə bu adı almışdır.
84 İnşiqaq - "yarılma" mənasındadır. İlk ayəsi göyün yarılmasından söz açdığı üçün surə bu adı almışdır.
85 Buruc — "bürclər" deməkdir. Surə bu adı "Bürcləri olan səmaya and olsun" kimi verilən ilk ayəsindən almışdır.
86 Tariq — surə adını birinci ayəsində keçən “tariq" sözündən götürmüşdür. Ta-riq "gecə gələn, şiddətlə vuran, qapı döyən" deməkdir. Surədə gedən "tariq" isə gecə parlaq işıq saçan dan ulduzudur. Məcazi olaraq zəka sahibinə deyilir. Bu mənada həzrət peyğəmbər də gecəni aydınladan, səhəri müjdələyən dan ulduzuna bənzədilə bilərdi.
87 Ə’la-surə Allahın "Uca" anlamındakı adını bildirən həmin sözlə başlandığı üçün bu adı almışdır.
88 Ğaşiyə-bu adı ilk ayədə keçən və hər şeyi bürüyən, qaplayan, dəhşəti hər şeyə çatan qiyamət günü anlamına gələn "ğaşiyə" kəlməsindən almışdır.
89 Fəcr-"fəcr" dan yerinin ağarması və şəfəq mənasındadır. Surə bu adı “Şəfəqə and olsun" mənasında olan ilk ayəsindən almışdır.
90 Bələd-surə adını ilk ayədə gedən, Məkkəni anladan və “şəhər" anlamında olan "bələd" sözündən almışdır.
91 Şəms - adını surənin ilk kəlməsi olan və "günəş" anlamına gələn "şəms"dən almışdır.
92 LeyI - "gecə" deməkdir. Surə gecəyə andla başlandığı üçün bu adı almışdır.
93 Duha - "sübh çağı" deməkdir. Surə adını ilk ayədə verilən həmin sözdən almışdır.
94 İnşirah - "açılma, genişlənmə, sevinmə" mə’nalarındadır. Bu surədə peyğəmbərimizin uşaqlıq çağında risalətə (peyğəmbərlik missiyasına) hazırlamaq üçün ürəyinin açılıb təmizlənməsindən söz getdiyindən ona bu ad verilmişdir.
95 Tin - "əncir" deməkdir. Surə bu adı əncirə and içilən ilk ayəsindən almışdır.
96 Ələq - insanın yaranış prosesini anladan "döllənmiş toxum" mənasındadır. Surədə insanın yaradılışı ilə yanaşı, oxumağın, öyrənmənin üstünlüyü, qələmin özəlliyindən də bəhs edildiyi üçün ona "İqra" surəsi də deyilir.
97 Qədr — "qədr gecəsi" deməkdir. Surə qədr gecəsindən, onun fəzilətindən, o gecə mələklərin yer üzünə enmələrindən bəhs etdiyi üçün bu adı almışdır.
98 Bəyyinə - "açıq dəlil" mə’nasında olan bu söz birinci ayədə işləndiyi üçün surəyə ad olaraq götürülmüşdür.
99 Zilzal - "zəlzələ, titrəyiş" mə’nasında olub ilk ayəsində işlənən bu söz surəyə ad kimi verilmişdir.
100 Adiyat - "qaçan atlar" mə’nasında olan bu söz surənin başlanğıc sözü kimi ona ad olaraq götürülmüşdür.
101 Qariə - "məşhər, qiyamət" mə’nasında olan bu söz ilk üç ayədə ardıcıl olaraq işləndiyi üçün surəyə ad olaraq verilmişdir.
102 Təkasur - "çoxluqla öyünmə" mənasındadır. Cahiliyyə dövrü ərəblərinin öz övladlarının, qohum-əqrəbalarının, mal-dövlətlərinin çoxluğu ilə öyünmələrindən söz açdığı üçün surəyə bu ad verilmişdir.
103 Əsr - "axşam çağı" mənasındadır. Axşam çağına and ilə başlandığı üçün surəyə bu ad verilmişdir.
104 Huməzə -"qeybətçi" deməkdir. İlk ayədə işlənən bu söz surəyə ad olaraq götürülmüşdür.
105 Fil-Kəbəni dağıtmaq istəyən Əbrəhənin fillərlə hücumundan söz açdığı üçün surə bu adı almışdır.
106 Qureyş-Qureyş qəbiləsinə cahiliyyə dövründə verilən bə’zi imtiyazlardan bəhs etdiyi üçün surə bu adı almışdır.
107 Maun - "zəkat" və "bir şeyi müvəqqəti istifadə üçün kiməsə vermək şəklində yardım" deməkdir.
108 Kövsər -"bolluq, bol nemət" - deməkdir. Habelə cənnət çaylarının adıdır.
109 Kafirun - "kafirlər, inanmayanlar, iman gətirməyənlər" deməkdir. Kafirlərdən söz açdığı üçün surə bu adı almışdır.
110 Nəsr - "yardım, kömək" - deməkdir. Surədə Allahın həzrət peyğəmbərə yardım edərək qələbələrə qovuşdurduğu ifadə edildiyi üçün bu adı almışdır.
111 Təbbət - qarğış mənasında "qurusun" deməkdir. İlk ayəsində həzrət peyğəmbərin yoluna tikan tökən Əbu Ləhəbə bu qarğış edildiyi üçün surə belə adlanmışdır. Surə bəzi nəşrlərdə "Məsəd" (xurma saçağı) adı ilə verilmişdir.
112 İxlas - "səmimilik, təmizürəklilik, dinə sədaqətlə bağlılıq" deməkdir. Dinə ancaq Allah rizası üçün xidmətdən söz açdığından surəyə bu ad verilmişdir.
113 Fələq - "sübh" mənasındadır. İlk ayədə işlənən həmin söz surəyə ad olaraq verilmişdir.
114 Nas - "insanlar" deməkdir. İlk üç ayədə adı keçən bu söz surəyə ad olaraq verilmişdir.