Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/VAQİ'Ə SURƏSİ
Quran. VAQİ'Ə SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(doxsan altı ayaden ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Qiyamət qopan zaman
2 onun qopduğunu heç kəs yalan hesab edə bilməz.
3 O, (insanların bir qismini) alçaldacaq, (bir qismini də) yüksəldəcəkdir.
4 Yer şiddətlə titrəyən zaman,
5 dağlar parça-parça olub
6 toz kimi səpələnən zaman
7 siz üç zümrə olacaqsınız.
8 Sağ tərəfin [əməl dəftərləri sağ tərəfdən verilən] adamları. Nə (xoşbəxtdir) sağ tərəfin adamları!
9 Sol tərəfin adamları. Nə (bədbəxtdir) sol tərəfin adamları!
10 Və (xeyir üçün) öndə gedənlər. (Onlar axirətdə də) öndədirlər.
11 Bunlar (Allaha) yaxın tutulanlardır,
12 Nəim [cənnət] bağlarındadırlar.
13 Onların [öndə gedənlərin] çoxu əvvəlkilərdən [əvvəlki ümmətlərdən]
14 az bir qismi isə sonunculardandır [Məhəmməd ümmətindəndir].
15 Onlar (qiymətli zinətlərlə) işlənmiş taxtlar üzərində
16 qarşı-qarşıya dirsəklənib uzanacaqlar.
17 Əbədi yeniyetmə qalan oğlan uşaqları onlar üçün
18 fincanları, sürahiləri və axar (şərab) çeşməsindən (doldurulmuş) piyalələri, -
19 ondan nə baş ağrıyar, nə ağıl çaşar -
20 bəyəndikləri meyvələri
21 və ürəkləri istəyən quş ətini dolandırarlar.
22 Onlar üçün qaragözlü hurilər vardır -
23 (sədəf) içindəki mirvariyə bənzər hurilər.
24 Bu, əməllərinə görə bir mükafatdır.
25 Onlar orada nə boş söz, nə də günah ittihamı eşidərlər.
26 Ancaq: “Salam olsun! Salam olsun!" - sözləri (eşidərlər)
27 Sağ tərəfin adamları. Nə (xoşbəxtdir) sağ tərəfin adamları!
28 (Onlar) tikansız sidr ağacları,
29 meyvələri (bir-biri üzərinə) düzülmüş təlh [banan] ağacları arasında,
30 daimi kölgəliklərdə,
31 daim axan sular kənarında,
32 çoxlu meyvələr,
33 tükənməyən və qadağan olmayan (meyvələr) arasında
34 və hündür döşəklər üzərindədirlər.
35 Biz o huriləri yaradışla [doğulmadan] yaratdıq,
36 onları bakirə etdik,
37 sevimli, (bir-birinə) həmyaşıd etdik
38 sağ tərəfin adamlan üçün.
39 Bunların çoxu əvvəlkilərdən,
40 çoxu da sonrakılardan ibarətdir.
41 Sol tərəfin adamlan. Nə (bədbəxtdir) bu sol tərəfin adamlan!
42 Onlar səmum yeli və qaynar su içərisində,
43 qara tüstünün kölgəsindədiriər.
44 Onda nə bir sərinlik, nə də bir fayda vardır.
45 Bundan əvvəl onlar firavanlıq içərisində olmuşdular.
46 Onlar böyük günaha inadla can atırdılar
47 və deyirdilər: “Ölüb torpaq və sümük olduqdan sonra məgər biz dirildilərikmi?
48 yaxud bizim ata-babalarımız?“
49 De: “Şübhəsiz, əvvəlkilər də, sonrakılar da
50 Məlum günün bəlli vaxtında bir yerə toplanılacaqlar."
51 Sonra isə siz, ey yol azanlar, yalan hesab edənlər,
52 mütləq zəqqum ağacından yeyib,
53 onunla qarınlarınızı doyduracaq,
54 sonra isə üstündən qaynar su içəcəksiniz.
55 (Onu) suzluqdan yanan (dəvənin) içdiyi kimi içəcəksiniz.
56 Qiyamət günü onlar üçün hazırlanmış ziyafət budur.
57 Biz sizi yaratdıq. Bunu [dirildiləcəyinizi] təsdiqləməniz gərək deyilmi?
58 Siz axıtdığınız nütfəni bir görürsünüzmü?
59 Onu sizmi yaradırsınız, yoxsa yaradan Bizik?
60 Aranızda ölümü Biz müəyyən etdik. Qarşımızı ala bilən olmaz.
61 Biz sizi bənzərləriniz ilə əvəz etdikdə və sizi özünüz bilmədiyiniz şəkildə yenidən yaratdıqda qarşımız alına bilməz.
62 Axı siz ilk yaradılmanızı bilirsiniz, barı bir düşünüb- daşınaydınız!
63 Əkdiyinizi heç bir görürsünüzmü?
64 Onu sizmi bitirirsiniz, yoxsa Biz bitiririk?
65 Əgər istəsəydik, biz onu quru çör-çöp edərdik və siz heyrətdə qalardınız.
66 (Və deyərdiniz); “Axı biz ziyana düşdük,
67 daha doğrusu (ruzidən) məhrum olduq.”
68 İçdiyiniz suyu bir görürsünüzmü?
69 Onu buludlardan sizmi enirdiniz, yoxsa endirən Bizik ?
70 Əgər istəsəydik, biz onu acı edərdik. Şükr etməli deyilsinizmi?
71 Çaxıb yandırdığınız odu görmürsünüzmü?
72 Onun ağacını sizmi yetirmisiniz, yoxsa yetirən Bizik?
73 Biz onu [odu] (əzabı) xatırladan və səhra yolçuları üçün bir xeyir mənbəyi etdik.
74 Möhtəşəm Rəbbinin şəninə təriflər de!
75 Ulduzların düşdükləri yerlərə and içirəm ki, -
76 bir biləydiniz bu, necə böyük bir anddır! -
77 həqiqətən, bu, qiymətli bir Qurandır.
78 O, qorunub saxlanılan yazıdadır [Lövhi-Məhfuzdadır].
79 Ona ancaq pak olanlar toxuna bilərlər.
80 O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81 Siz bu sözə [Qurana] xormu baxırsınız?
82 Siz öz ruzinizə onu [Quranı] yalan hesab etməkləmi şükr edirsiniz?
83 Can boğaza gəlib çatanda [insan can verəndə]
84 O zaman siz durub baxırsınız [ona heç bir kömək edə bilmirsiniz].
85 Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz.
86 Əgər siz (öz iddianıza görə) cəza görməyəcəksinizsə
87 və əgər düz deyirsinizsə, onda onu [çıxmaqda olan canı] geri qaytara bilərdiniz.
88 Əgər o, [ölən kəs], Allaha yaxın tutulanlardan olarsa,
89 onda onun üçün rahatlıq, gözəl ruzi və Nəim [cənnət] bağı vardır.
90 Əgər o, sağ tərəfin adamlarından olsa,
91 onda o, sağ tərəfin adamlarından: “Sənə salam olsun!" - sözlərini (eşidər).
92 Əgər o, yalançılardan, yolu azanlardan olsa,
93 onda onun nəsibi cəhənnəmin qaynar suyu
94 və cəhənnəm odunda yanmaq olar.
95 Doğrudan da bu, inkaredilməz həqiqətdir.
96 Sən də möhtəşəm Rəbbinin şəninə təriflər de!