Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ZİLZAL SURƏSİ

Vikimənbə saytından
Quran. ZİLZAL SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(səkkiz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Yer öz titrəyişi ilə lərzəyə gələndə,

2 yer öz yüklərini çıxanb atanda

3 və insan: "Ona nə olubdur?" - deyəndə -

4 O günü o [yer] öz başına gələnləri danışar.

5 Çünki Rəbbi ona vəhy edəcəkdir.

6 günü əməlləri özlərinə göstərilmək üçün insanlar (qəbrlərdən) dəstə-dəstə çıxacaqlar.

7 Kim bir zərrə qədər xeyir iş tutubsa, onu da görəcəkdir.

8 Kim bir zərrə qədər şər iş tutubsa, onu da görəcəkdir.