Məzmuna keç

Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Ğaşiyə surəsi

Vikimənbə saytından

Bismillahir-rəhmanir-rəhim!

1 (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?

2 (O gün) bir çox üzlər zəlil görkəm alacaq;

3 (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;

4 Yanar oda girəcəkdir;

5 Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.

6 Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.

7 (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.

8 (O gün) bir çox üzlər sevinəcək;

9 (Dünyadakı) zəhmətindən razı qalacaq;

10 (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,

11 Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.

12 Orada axar bulaq;

13 Orada uca taxtlar;

14 (Çeşmələr kənarında) piyalələr;

15 Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar

16 Və döşənmiş (nəfis) xalılar vardır!

17 Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

18 Göyə (baxmırlar ki) necə ucaldılmışdır?

19 Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?

20 Və yerə (baxmırlar ki) necə döşədilmişdir?

21 (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!

22 Sən onların üzərində hakim deyilsən!

23 Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə

24 Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!

25 Şübhəsiz ki, onların axır dönüşü Bizədir!

26 Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!

Əvvəlki surə:
Əla surəsi
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Ğaşiyə surəsi Sonrakı surə:
Fəcr surəsi
Əvvəl nazil olan surə:
Zariyat surəsi
Sonra nazil olan surə:
Kəhf surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114