Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Adiyat surəsi

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin

Bismillahir-rəhmanir-rəhim!

1 And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

2 And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

3 And olsun sübh çağı hücum edən atlara;

4 And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

5 Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

6 İnsan öz Rəbbinə qarşı çox nankordur.

7 Və o özü də buna şahiddir.

8 Həqiqətən, insan var-dövlətə çox hərisdir!

9 Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;

10 Ürəklərdə olanlar faş ediləcəyi zaman

11 Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!

Əvvəlki surə:
Zilzal surəsi
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Adiyat surəsi Sonrakı surə:
Qariə surəsi
Əvvəl nazil olan surə:
Əsr surəsi
Sonra nazil olan surə:
Kovsər surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114