Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Huməzə surəsi
Bismillahir-rəhmanir-rəhim!
1 (Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
2 O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3 Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4 Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5 Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6 O, Allahın yanar odudur.
7 Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8 O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9 Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!
Əvvəlki surə: Əsr surəsi |
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Huməzə surəsi | Sonrakı surə: Fil surəsi |
Əvvəl nazil olan surə: Qiyamə surəsi |
Sonra nazil olan surə: Mursəlat surəsi | |
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 |