Məzmuna keç

Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Maun surəsi

Vikimənbə saytından

Bismillahir-rəhmanir-rəhim!

1 (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?

2 O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);

3 Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).

4 Vay halına o namaz qılanların ki,

5 Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);

6 Onlar (namazlarında) riyakarlıq edər,

7 Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).


Əvvəlki surə:
Qureyş surəsi
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Maun surəsi Sonrakı surə:
Kovsər surəsi
Əvvəl nazil olan surə:
Təkasur surəsi
Sonra nazil olan surə:
Kafirun surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114