Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Ət-Tin surəsi

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin

Bismillahir-rəhmanir-rəhim!

1 And olsun əncirə və zeytuna;

2 And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;

3 And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,

4 Biz insanı ən gözəl biçimdə yaratdıq!

5 Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

6 Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.

7 (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!

8 Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!

Əvvəlki surə:
İnşirah surəsi
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Ət-Tin surəsi Sonrakı surə:
Ələq surəsi
Əvvəl nazil olan surə:
Buruc surəsi
Sonra nazil olan surə:
Qureyş surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114