Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əz-Zuha surəsi
Bismillahir-rəhmanir-rəhim!
1 And olsun səhərə;
2 And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
3 (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
4 Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
5 Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!
6 Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7 Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
8 Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
9 Elə isə yetimə zülm etmə!
10 Dilənçini də (qapıdan) qovma!
11 Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!
Əvvəlki surə: Leyl surəsi |
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əz-Zuha surəsi | Sonrakı surə: İnşirah surəsi |
Əvvəl nazil olan surə: Fəcr surəsi |
Sonra nazil olan surə: İnşirah surəsi | |
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 |