Qurban mən olum (Aşıq Camal)

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qurban mən olum
Müəllif: Aşıq Camal
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

Gözəllər yola çıxanda
Yoluna qurban mən olum.
Mehrin bizə doğru danış,
Dilinə qurban mən olum.

Soyuq sular çıxar dağdan,
Gül, bənəfşə çıxar bağdan.
Yeriyib qucmalı çağdan
Belinə qurban mən olum.

Aşıq Camal neylər malı?
Sənsiz keçər necə halı?
Anası bir halım qarı,
Gülünə qurban mən olum.