Məzmuna keç

Qurban olduğum (Məlikballı Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qurban olduğum
Müəllif: Məlikballı Qurban
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Yenə saldı məni eşqi-cünuna,
Lalə üzarına qurban olduğum.
Hərdən baxıb işvə verər nazilə,
Çeşmi-xumarına qurban olduğum.

Zülfi-pərişanın töküb dalına,
Canım qurban ağ üzündə xalına,
Yaxşı həyasına, xoş məqalına,
Şirin göftarına qurban olduğum.

Məlikballı Qurban mayili şinə,
Xəlvət xanasına, əlvan eyşinə,
Cənnət heyvasını qoyub döşünə,
Təzəcə narına qurban olduğum.