Qurd Zöhrə
Rəvayətlər. Qurd Zöhrə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Keçmiş zamanlarda Zöhrə adlı bir arvad varmış. Bu arvat bir
gün ev işlərini görüb, gecənin qaranlıq vaxtı çimmək istəyir, özü də
çöldə. Çimib qurtarandan sonra paltarını geyinmək istəyəndə göy-
dən başına canavar dərisi düşür. Bu vaxt Zöhrə canavar sifətində
çöllərə üz qoyur. Səhər açılanda evinə qayıdır, öz paltarını geyinir,
canavar paltarını gizdədir. Bir belə, beş belə, hər axşam canavar
paltarını Zöhrə geyinib, kəndlərə gedir, adam, qoyun, keçi, əlinə nə
düşsə yeyir. Bir dəfə bir ağ atı yoldaşları ilə parçalayarkən Zöhrəyə
atın yaralı yeri düşür. Zöhrə yemək istəmir, küsür. Bunu görən yoldaşları
onu boğurlar, üst dodağına diş batırırlar. Səhər yenicə evə
gəlib paltarını dəyişən Zöhrəyə əri göz qoyur, onun yarasını görür,
ancaq bildirmir. Sonra arvadını izləyir görür ki, arvadı gecə canavar,
gündüz adam olur. Bir gün Zöhrə çörək bişirmək üçün ertədən
un ələyir, balatı eləyir, sora ərini yuxuya verib yenə canavar olur.
Əri görür ki, gələndə paltarını soyunub nehrənin içində gizlətdi.
Zöhrə təndiri qızdıran vaxt əri həmin canavar paltarını təndirə tullayır.
Bu vaxt Zöhrə bərk qışqırır. Sora bu işin üstünü ərinə açır. O
gündən Zöhrəni qurd Zöhrə çağırırlar.