Rövzeyi-kuyin görən meyxanə fikrin çəkməsin

Vikimənbə saytından
Rövzeyi-kuyin görən meyxanə fikrin çəkməsin
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 25

Rövzeyi-kuyin görən meyxanə fikrin çəkməsin,
Gül ləbindən zövq alan peymanə fikrin çəkməsin.

Kirpiyimlə telətel yığdım, düzəltdim mubəmu,
Zülfi-yarə tapşır, ey yel, şanə fikrin çəkməsin.

Cəzbeyi-eşqi-həqiqət cəzb edər aşiqləri,
Şəmi-eşqi-Mürtəza pərvanə fikrin çəkməsin.

Canı cananə fəda etmişlər izzət tapdılar,
Xətt çəkən kilki-şərəflə canə, fikrin çəkməsin.

Aşiqin ünvanı səhralardı, çöllərdir, gərək,
Aşiqi-dərvişi-xislət xanə fikrin çəkməsin.

Gül cəmalında deyil bihudə bir cüt qarə xal,
Mürği-ruhum bərk acanda danə fikrin çəkməsin.