Məzmuna keç

Rübailər/Qazi Bürhanəddin

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rübailər
Müəllif: Qazi Bürhanəddin
Rübailər

Şad olur isəm, vəslün ilə, qəm olamı,
Bən irməz isəm, nəsnə sizə kəm olamı?
Səd parəvü məcruh edər idüm cigəri,
Ləlün ilə bilsəm ana mərhəm olamı?!
 
Sərvün ki, rəvan oldı, rəvana verələrmi?
Ləlüni bu dünya tolu cana verələrmi?
Bən canı fəda qılur isəm, baxmağa bir gəz
Hüsnünə sənün şər ilə qana verələrmi?
 
Ol göz ki, yüzün görməyə, göz demə ana,
Şol yüz ki, tozun silməyə, yüz demə ana.
Şol söz ki, içində, sənəma, vəsfün yox,
Sən badi-həva tut anı, söz demə ana.
 
Eşq əhli yari yolına məstanə gərəkdür,
Sevdüginün eşigini yastana gərəkdür.
Cananə içün oynaya ol canını şöylə,
Ki tənə ura Rüstəmi-dəstana gərəkdür.
 
Unıtma bəni, şaha ki, dərvişəm, əfəndi,
Qəmzələrün oxı ilə dilrişəm, əfəndi.
Tağıdalı zülfeynüni şol badi-şimali,
Cəm olımazam hiç, be təşvişəm, əfəndi.