Məzmuna keç

Rübailər (Əhməd Cavad)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rübailər (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Bükdü belimi fırqətin, ey mahi cəhantab,
Sən alıyor zinəti bil külli səmavat.
Etdim sana bən anə qədər hörməti mehrab,
Hər kəs eylər xaliqinə həsr ibadat!

Xəllaqi-cahan xəlq eyləyib bir güli-mümtaz,
Bir cümlə ənadil3, o gülə xud4 nəzər əndaz.
Etdi bəni suzan6, gözəlim, təneyi-əğyar,
Bax tənələrə, eylə bəni bircə sərəfraz!

Şəhla gözünü etsəm əgər bir də ziyarət,
Qurban edərəm kəndimi, dərbari - kərəmdə.
Bu zəkavət, bu sədaqət, bu həlavət uğrunda,
Qurbanə nasıl layiqəm, ey mənbəi-rəhmət!

Hər kipriyin bin ox kimi canan batırsan sinəmə,
Qaşlar da üdvan seyfi tək zərbət urar qan sinəmə!
Etdin bəni sən zərbi-şəst, ey mənşəyi zülmü cəfa,
Fəth eylədin, qıldın hünər, oldun da sultan sinəmə!

Bitab edüb dilbər bəni əğyarə meyl etmək nədən?
Göz yaşımı ənhar tək etmək nümayan17 didədən?
Əşki bəsər tökmək nasıl yar, olmasın adət bana?
Gördüm fəraqın çox çətin, ey mahru, ey gül bədən?

Aman, ey bivəfa, zülmün bəni bizar edüb candan!..
Ümidim gəlməz idi böylə zülmə dəsti-xubandan.
Yəqin bilsəydim əvvəldən cəfadan əl götürməzsən,
Tapınmazdım sana əvvəlləri, ey büti-dil, təndən!

Ey xaliqi rəhmən, yenə rəhmin nə qədərdir?
Hər qədər edəm şükr, yəqinim ki, hədərdir!
Əhvalıma, əfkarıma sənsən xəbərin varmı?
Vardır xəbərim kim desə gər əhli-məfərdir!

Xudaya, cismim ayrılsa, dilim dilbərdən ayrılmaz!
Gözüm görməzsə, rəsmi zehnimi eylər şən, ayrılmaz!
Dila rəsm ilə əsrin fərqi çoxdur labüdəm, lakin,
Onun rəsmin görüb ruhum neyçün bu təndən ayrılmaz!

Nəqşi aləmidir keçmişəm dilü candan,
Yəqin elur ki, Bana bən bu yolda qətl oluram!
Bu yolda qətl olunur isə, özümdə məsudam!
Üzmərəm rahi-vəfdə əlimi canandan!
(Üzə bilməm əlimi əhli-vəfa canandan!)

Cana cavan ömrüm bənim rahində pir olmuş bu gün!
Artıq olan cövrü cəfa dərdikəsir olmuş bu gün
Səbr eyləməz Əyyub ola olsun qəsəm, ey bivəfa,
Tökdürdüyün göz yaşimə həm napəzir olmuş bu gün!

Könlüm yenə bir kasə qızıl qano dönübdür,
Qan olsa böylə zülmlə hər yanə dönübdür!
Ey baisi-iftixari-canım, ey vəfasız,
Sən görmə rəva qanım axa, yar ola bənsiz!

Saqiyə, rəhm qılıb badə gətir nuş edəlim!
Pişi-çeşmi rüqabə yari dər aquş edəlim!
Badə içmək bana əlzəm, sana qurban, ey Məhrəm,
Söhbəti-yar ilə əğyarı fəramuş edəlim!

Xəndeyi xunriziniz amadədir can almağa!
Kim əsirgər canını ləli-dirəxşan almağa!?
Vəqti-rehlət, sevgilim, Əzrailə yox ehtiyac,
Ruhi-canım müntəzir ol şahi-xuban almağa!

Cəfayi yarə səbr etmək tükənməz bir səadətdir!
Olursa əksinə, ey mah, tələt bil ədavətdir!
Qüsur etmə cəfavü nazdan hər vəqtə qadirsən,
Təhəmmül eyləyərik əskidən bir adətdir!

Varınsa gər ədavət zahirən təcili qətlim qıl!
Sənin məqtulun olsa aşiqin müsbəti şəhadətdir!
Müləwən çeşmlə etdin münəvvər xaneyi-könlüm,
Olub nail səfa bulmaq müzzəm bir ziyarətdir!

Dela əğyarə meyl ilə bəni məhrumi-can etdin!
Nasıl məhrumi-can bəlkə ziyadə hifz-can etdin?
Təşəkkür eylərəm bax, bəni xoşbəxt qıldın sən,
Bu xoşbəxt eyləməklə çün səvabi-bikəran etdin!

Aləm ağlar halimə, gəl sən də giryan olma heç!
Zülm qıl, eylə cəfa kim tabeyi - Quran olma heç!
Yarımı əhvalimə xəndanü dilşad eyləyən,
Ey rəqibi-ru siyəh ömründə xəndan olma heç!

Vəqti-nüsrətdir1 əya xaliqə-səttar oluram!
Əfv qıl cümlə qüsuratımı qəffar oluram!
Sahibi-hörmətü mənsəb qulunu qoy bana, yar,
Yəni ol şiri-xuda qatili-küffar oluram!

Bu qədər naleyi-cansuz edərəm rəhm eylə!
Qorx ki, Ahim tutacaq vəhm5 qılub rəhm eylə!
Bəni nalan edərək guşənişin olmaqdan,
Bir nəticə çıkamaz ərz edərəm rəhm eylə!

Sanma bihudə bənim, ey bivəfa, əqvalimi!
Bax, şu qula bilmək istərsən əgər əhvalimi!
Bir günə saldın bəni bilməm sənin fikrin nədir?
Acizəm bu gündə kim tedad edəm əfalimi!

Sən əgər ətfl nəzər etsən pərişan halimi,
Bil qəbul etmiş xuda ölgün bənim emalimi!
Kim səni bu halə saldı sorsalar gər dostlar,
Söylərəm ol mahru ağlar qoyan əmsalimi!

Biçarə dilcugöz yenə hüznlə məyal olur,
Qəm ləşkəri hücum ilə verməz məcal olur.
Bin dürlü qəm cünüdi edər xatirə xütur,
Əmsalsız bahadürə müşkül bu hal olur!