Məzmuna keç

Rübailər (Nəsimi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rübailər (Nəsimi)
Müəllif: İmadəddin Nəsimi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Fəzli həqdir vaqifi əsrarımız
Fəzli həqdəndir qamu ənvarımız
Fəzl həq göstərmiş idi karımız
Fəzli həqdir, Fəzli həq memarımız.

Ey özündən bixəbər qafil, oyan
Həqqə gəl kim, həq deyil batil, oyan
Olma fani aləmə mail, oyan
Mərifətdən nəsnə qıl hasil, oyan.

Həq-təala Adəm oğlu özüdür
Otuz iki həq kəlamı sözüdür
Cümlə aləm bil ki, Allah özüdür
Adəm ol candır ki, günəş özüdür.

Ay ilə günəş üzün heyranıdır
Müşk ilə ənbər saçın tərxanıdır
Çün Nəsimi əyyamın sultanıdır
Dövr anın, dövran anın dövranıdır.