Rübailər (Rəziyyə Gəncəvi)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Rübailər Müəllif: Rəziyyə Gəncəvi |
***
Yolun torpağıtək eyləsən də xar,
Yenə də qulunam, ey əziz dildar!
Qərqəm göz yaşına, mərhəmət qılıb,
Alsan ağuşuna məni, nə olar?
***
Yuxum yox, getmə sən, canan, gözümdən,
Getməyir göz yaşı bir an gözümdən.
Çünki sən gözümü etmisən məskən,
Sevincdən yaş damır hər an gözümdən.