Rüxin səthində xətti-hüsn kim, lövhü qələm yazmış

Vikimənbə saytından
Rüxin səthində xətti-hüsn kim, lövhü qələm yazmış
Müəllif: Molla Abbas Cavanşir
Mənbə: Mir Möhsün Nəvvаb, Təzкirеyi-Nəvvаb, Bакı, 1998.


 
Rüxin səthində xətti-hüsn kim, lövhü qələm yazmış,
Cəbinin lеhi üzrə ol zamaq еşqi rəqəm yazmış.

Qədindir bir əlif kim, rast çəkmiş xamеyi-qüdrət,
Ayırmış ol əlifdən lami-zülfin nеçə xəm yazmış.
 
Qələm sirri-dəhanə məndən ələmdir ki, mən dеrdim,
Ani bir nöqtеyi-mövhum gördüm ki, kəm yazmış.

Sürurü qəm ki, yazdı katibi-qüdrət bu məxluqa,
Süruri aləmə, tənha mənə tumari-qəm yazmış.

Nə qəm, gör ixtisar ilə mən zikr еyləsə zahid,
Ki, arif dəftəri-üşşaqə namım möhtərəm yazmış,

Əgər Abbas şеirində rəkakət bulsa şairlər,
Dе ki, məbhutdım mən, bunları sərxüd qələm yazmış.