Rüxsarını tutmuş o məhin zülfi-siyahi?

Vikimənbə saytından
Rüxsarını tutmuş o məhin zülfi-siyahi?
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 18.

Rüxsarını tutmuş o məhin zülfi-siyahi?
Ya əbri-siyəhdil alıb ağuşuna mahi?

Açdıqca o məh pərdeyi-ruyin elə bildim,
Bir şəmsi-münir etdi zühur, açdı sabahi.

Zülmət gecələrdə mən üçün rahinümadır,
Ey məh dili-suzanımın atəş saçan ahi.

At pərdeyi-rüxsarı, gəl, ey şahidi-aləm,
Aləm deyə ki, aləmi-hüsnün budu şahi.

Ey yari-dilara, özü rəna, gözü şəhla,
Ey tələti-məh, zülfi-siyəh, qədidi sürahi.

Heyrətlənir insan sənə etdikcə tamaşa,
Bir hüsni-əcib sənə bəxş etmiş İlahi.

Məddahın olub ta ki əzəldən Vüqar, ey gül,
Axır səni mədh eyləmək eylər onu dahi.