Məzmuna keç

Rәhi-eşq içrә mәnzurum mәnim ol tacdarımdır

Vikimənbə saytından
Rәhi-eşq içrә mәnzurum mәnim ol tacdarımdır
Müəllif: Fatma xanım Kəminə

Rәhi-eşq içrә mәnzurum mәnim ol tacdarımdır,
Könül mülkündә sultanım, xücәstә şәhriyarımdır.
 
Әgәrçi guşeyi-qәmdә şikәstәxatirәm, lakin
Sәri-kuyindә dövr edәn xәyali-biqәrarımdır.
 
Kәmәndi-eşqinә bağlı gedib könlüm, inanmazsan,
Yoluna göz dikәn şahid dü çeşmi-әşkbarımdır.
 
Şikәnci-zülfdәn könlüm mütәvvәl arizu eylәr
Sәri-zülfün kimi bәrhәm pәrişan ruzigarımdır.
 
Sәnin әğyar ilә könlün әgәrçi şadü xurrәmdir,
Hәmişә nalәvü әfğan mәnim dә şüğlü karımdır.
 
Sәnin gәr var isә bu qamәti-mövzun, ruxi-gülgun,
Mәnim dә dövlәtü cahım bu eşqi-paydarımdır.
 
Kәminә bivәfa görsә sәni, vallahı incinmәz,
Sәni mәndәn iraq edәn bu bәxti-kәcmәdarımdır.