Rauf, dünya dönüb dərdbəla çölünə
Rauf, dünya dönüb dərdbəla çölünə (1994) Müəllif: RAUF CAVAD |
Tarix zaman-zaman, təkrar təkrarlanır,
Tarix, İnsan qanı ilə həp bulanır.
Unutma! Ölüm Qabillərlə başlayır,
Həyatın nəbzini, Habillər anlayır.
Qələm də ağlayır, dərdbəla ahına,
Dönüb Azərbaycan Kərbəla yoluna.
Dünya boyanıb rəngli insan qanına,
Rənglər bulanıb, ağlar insan halına.
Soruşma kimsədən, sən kim, haralısan?
Hər kəs Adəm, torpaqdan yaranıb insan!
Aldadır tora salır insanı şeytan,
Ayılmayır hələ də lal-kar, kor nadan.
Əzəldən düşməndir insana, kor ilan,
Alır intiqamı Adəmdən İblis, qan!
Oyanmasa kar insan, olacaq qurban,
Yatmısan insan, ey cahil-qafil oyan!
Tarix iki halda Zaman təkrarlayır,
Kim Həqiqəti dansa təkrar başlayır.
Zeynəb Hüseynlə, Abbas eşqlə anılır,
Qadın kişi doğurmasa, Haqq danılır.
Kərbəla Hüseynlə, insanı oyadır,
Məhəbbət sevgi, azadlığı yaradır.
Rauf, dünya dönüb dərdbəla çölünə!
Tarix təkrar gedir Kərbəla çölünə!