Rauf bir ləhzə yanıbdı yar, eşqində sənin

Vikimənbə saytından
Rauf bir ləhzə yanıbdı yar, eşqində sənin (1994)
Müəllif: RAUF CAVAD

Hər anın, günün mübarək! Şəmi qəribanım!
Bəxtimin şirin narı, sevinc payı, hicranım!

Cuşə gələr damarda qan, səbəbi hüsnündür,
Görsənsə gül-camalin, əqlim gedər, gümanım!

Gör nə zamandır ki, günəş də dəymir üzümə,
Kölgə basıbdı aləmi, soyuqdur, zamanım!

İsti bir nəfəsə möhtacdı kimsəsiz kimsə,
Xəstə könülə dərmandı adın, xuramanım!

Nə şəkəri qalıb nə də duzu, bu həyatın,
Qaçıb tamı, çıxıbdı canı, yetiş amanım!

Hiss etmir sevgini bəşər, ölübdü hissiyyat,
Kim qaldırar ümidi yerdən, sevgili canım?!

Lazımdı içəm sərt eşq şərabı, olam sərxoş!
Yarsız, əqlin enər-qalxar təzyiqi, sultanım!

Rauf bir ləhzə yanıbdı yar, eşqində sənin!
İstəsən min kərə yolunda ölər, son anım!