Raufa söz əmanət, düzgün əməl zəmanətdir
Görünüş
Raufa söz əmanət, düzgün əməl zəmanətdir (1994) Müəllif: RAUF CAVAD |
Söz şərəfimdir, şərəfsiz mərifət nə biləndir,
Ayılmasa qafil, cahil sədaqət nə biləndir.
Boşboğaz hülqumsuz sözünün qul-əsir köləsi,
İt tək hürür-zingildəyir, qəbahət nə biləndir.
Açılıb murdar zəncirdən cumur nəfsi həyasız,
Bu biədəb arsız, şərafət-ismət nə biləndir.
Çıxıb fısıldayır əfi ilan qara qutudan,
Dili laldır, söz tutmur, şirin söhbət nə biləndir.
Sancır doğru-düz deyəni, çün iki gözü kordur,
Duymur səs, qulağı kardır, Həqiqət nə biləndir.
Nə olacaq bu nifrət hal ilə vücud-bədənin!?
Sözsüz qalacaq iflic, kin-küdurət nə biləndir.
Hikmət sözə can verir, Arif nəqli icra edir,
Kim ibadət-itaət edir, lənət nə biləndir.
Raufa söz əmanət, düzgün əməl zəmanətdir!
Sözünə edən xəyanət, məhəbbət nə biləndir!