Məzmuna keç

Ruzigarım buldu dövrani-fələkdən inqilab

Vikimənbə saytından
Ruzigarım buldu dövrani-fələkdən inqilab
Müəllif: Məhəmməd Füzuli


Ruzigarım buldu dövrani-fələkdən inqilab,
Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab.

Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi,
Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab?

Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq,
Oldu vacib eyləmək ol biədəbdən ictinab.

Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim,
Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab.

Olmadı ol mahə rövşən yandığm hicran günü,
Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab.

Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk,
Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab.

Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah,
Ah kim, almaz cəmalindən hənuz ol məh niqab.

Kəsmədi məndən səri-kuyində azarın rəqib,
Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab?