Söhbəti hal əhlinin ruhə təravət verir
Görünüş
Söhbəti hal əhlinin ruhə təravət verir (3 dekabr, 1926.) Müəllif: Nəcəfqulu bəy Şeyda |
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006. |
Söhbəti hal əhlinin ruhə təravət verir,
Ruh təravətli, həm cismə zərafət verir.
Hər nəfəsi ki alır cism, səfadar olur,
Cismə həman dəm səfa qüvvət, taqət verir.
Cismi- qəvi bil-ümum hali səlamət edər,
Salim olan hal həm feli- səlamət verir.
Salim fel failin əhli-səadət qılar,
Kim ki tapar məs’ədət xəlqə səadət verər.
Feyzi səadət tapan vəh nə səadətlidir,
Kim olub məs’ud özü, qeyrə səadət verir.
Seyri-siluki budur əhli-təriqin yəqin,
Zəhməti-nəfsi ilə qeyrə fəraqət verir.
Müstərihdir, şübhəsiz, Şeyda misal hər vücud,
Tərki-zünub ilə bir nəfsə ənabət verir.