Məzmuna keç

Söylə (Mikayıl Müşfiq)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Söylə
Müəllif: Mikayıl Müşfiq

Günlərim axışır bir uyğu kimi -
Dərədən-dərəyə axan su kimi,
Dilbərim hərcayi bir ahu kimi
Hicran dağlarını aşarmı, söylə?

Sənsiz nə zövqü var bağın-baharın?
Açan çiçəklərin, uçan quşların?
Sənsiz cənnət olsa kainat yarın,
Heç mənim ruhumu oxşarmı söylə?

Səninlə bağlayıb mən əhdi-peyman,
Dedim qismətimiz olmasın hicran.
Müşfiq quş olsa da, görəsən bir an
Səndən uzaqlara uçarmı, söylə?