Söylə cananə, səba, halım pərişan oldu, gəl
Görünüş
Söylə cananə, səba, halım pərişan oldu, gəl Müəllif: Molla Vəli Vidadi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Söylə cananə, səba, halım pərişan oldu, gəl!
Çıxdı can, sud etmədi hər necə dərman oldu, gəl!
Qasidi-bisidqə aldanma, yetir, hal özgədir,
Türfə şivənlər qopub üstümdə əfğan oldu, gəl!
Enmədən sinə vücudum, doldu qəbrim qan ilə,
Gördüyün nazik bədən xak ilə yeksan oldu, gəl!
Rəxti-tərdən incinən tən həmdəm olmuş marilə,
Üz tutub qarıncalar yollara karvan oldu, gəl!
Gördüyün zahir ələm tək şənü şövkət sahibi
İndi pəjmürdə düşüb torpağa, pünhan oldu, gəl!
Neçələr giryan olubdur bu Vidadi xəstə tək,
Didələr giryan olub çaki-giriban oldu, gəl!