Söylə mənə ey Badi-Səba

Vikimənbə saytından
Söylə mənə ey Badi-Səba! (1998)
Müəllif: RAUF CAVAD

Söylə mənə ey Badi-Səba!
Apardınmı naməmi Yara?!

Yoxmu xəbər nazlı Nigardan?!
Qalıb nigaran bu avara!

Gətir mənə Yusifdən xəbər!
Gözlər yorulub qanı qara!

Qəmin bağrımı qan etdi can!
Çəkər qəmin Yaqub, Züleyxa!

Nə qədər həsrət çəksə də göz!
Salıb yuva bu qəlbdə yara!

Şirindir, canın dərd yarası!
Nolar gəl etmə naz Fərhada!

Bəsdir artıq nazını çəkdim!
Göstər yar üzünü bu cana!

Əvvəl əsərdin divanə tək!
İndi noldu ki, bu sevdaya?!

Bir vaxt əsdin dəli könlümdə!
O vaxt saldın canı səhraya!

Eşqini izhar eylədi can!
Düşdü Qərib, qərib diyara!

Anlasa eşqi kim, anlar ki,
Sevgi olmaz Ümid olmazsa!

Söylədi Rauf məhəbbətin,
Xəbər verdi Leyla, Məcnuna!
 ...Müəllif:Rauf Cavad