Məzmuna keç

Söylə mənə sevgili yar

Vikimənbə saytından
Söylə mənə sevgili yar (1998)
Müəllif: RAUF CAVAD

Söylə mənə sevgili yar,
Səni məndən kim ayırar.

Verilsə əlimə cahan,
Əlim də geri qaytarar.

Baxmaz gözüm bir kimsəyə
Səndən savayı, ey Gülzar.

Yanar hərdən dərddən içim,
Gizlin-gizlin qəmdən ağlar.

Görsən əgər məni ey can,
Ağlarsan halıma zar-zar.

Düşüb can əldən-ayaqdan,
Hər yerdə yarın axtarar.

Gəl rəhm eylə yar, fəqirə,
Çün könlün ehtiyacı var.

Rauf ümid bəslər qəlbdə,
Bəlkə bir gün ümid doğar.
...Müəllif:Rauf Cavad