Məzmuna keç

Söylənir

Vikimənbə saytından
Söylənir
Müəllif: Aşıq Şenlik
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.

Cəng etsə cahana salar talanı,
El içində aslan kimi dolanı,
Ziri-dəst eylədi dövlət olanı,
Zəmanənin qəhrəmanı söylənir.

Qəmzəsində qeyzə gəlsə damar qan,
Diz çökdü çoxları dedi: əl-aman,
Rüstəm-Zal kimi aldı şöhrəti-şan,
Koroğlu sədalı ünü səslənir.

%25 tamamlandı