Söz, kişinin güc silahı, əməl yoldaşıdır
Görünüş
Söz, kişinin güc silahı, əməl yoldaşıdır (1994) Müəllif: RAUF CAVAD |
Kişilik, dildə tək quru sözlərdə deyildir,
Sözə əməl olunmasa, söz yalan, veyildir.
Kişinin dili yalan bilməz, özü ağırdır,
Hər kəsin gücü yetməz, kişi sözü ağırdır.
Söz, kişinin güc silahı, əməl yoldaşıdır!
Yaxşılıq, nər kişinin xalis silahdaşıdır!
İnsan əməyilə ədəb-ərkanda fərqlənər,
Kişilik əməliylə mərifəti bilinər.
Söz və əməl, kişinin ağ-qara gözləridir,
Yaxşı gizli əməl, mərd gözünün sözləridir.
Dərk etməyə Həqqi, hünər-qeyrət kişilikdir,
Yaxşılıq Əlidir, gözlər Nuru gözəllikdir.
Əqli olan düşünər, mərdin mənası nədir?
Həqqə ibadət, itaət edən kəs bəndədir.
Rauf, gəl gör ki, kim dərk edər Həqqi, insandır,
Həqiqətin, mərifətin Sahibi Zamandır!