Söz deyilər, eşq olsun qanana

Vikimənbə saytından
Söz deyilər, eşq olsun qanana! (1997)
Müəllif: RAUF CAVAD

Söz gəldi şərəf verdi insana,
Böyük töhfədir söz anlayana!

Kim ki, cümlə qurar, sözü qanar!?
Söz deyilər, eşq olsun qanana!

Əcəb sirr-möcüzədir dildə söz,
Xoş olduqda, yayılar söz cana!

Deyin görək sözün gözəli kim!?
Dil açar körpə, söz söylər ana!

Ümid bağlar, söz könüldə ağlar,
Söz ki, Aşiq, sevgili Canana!

Söz olub dəli Məcnun, Leylaya,
Kim olub Aşiq-Məşuq Heyrana!?

Dili Şirin, sözü bal, Əsli lal,
Gəl Kərəm et Fərhada, söz qana!

Söz, canı deyər, qanı vəqf edər,
Həqq söz can verər cümlə bəyana!

Söz vəsf eylər cümlədə Gözəli,
Sözü kim qanar, gələr imana!

Rauf mehriban, sözlər danışan,
Söz qurban, sözü düzgün qurana!