Məzmuna keç

Söz müqəddəsdir

Vikimənbə saytından
Söz müqəddəsdir (2017)
Müəllif: Zaur Ustac
Mənbə: Zaur Ustac. ""Otuz ildir əldə qələm", "Söz müqəddəsdit" şeiri, S.3" (az.). Anl.az. 2018. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.

Dostum, kəmənd ilə tutmazlar sözü,
Cələ qur, dilinə qoy özü düşsün…
Oynama, qələmlə huydurma – ağac,
Elə tut, əlinə qoy izi düşsün…

Qələm müqəddəsdir, müqəddəsdi söz,
Onların nazın çək, möhnətlərə döz,
Gör, sənin ağzına baxır neçə göz,
Qələmlə uslu ol, qoy üzə düşsün…

Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün…