Süsəni

Vikimənbə saytından
Jump to navigation Jump to search
Süsəni
Müəllif: Mirzə Şəfi Vazeh
Mənbə: Mirzə Şəfi nəğmələri (az). mirzeshefivazeh.org (2014). Orijinal mənbədən 2016-08-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-05.

Ey nəzakət çəməni içrə xuraman Süsəni,
Xublıq kişvərinin təxtinə sultan Süsəni,
Sədəgin yayı qaşın sədəqəsi qurban Süsəni,
Bir baxışla yaraşur kim, ala qüz can Süsəni,
Belə getsə, tez olur dillərə dastan, Süsəni.

Hərəkatü rəvişin qıldı səhi sərvini pəst,
Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,
Laləni dağda salıb ruyin, edib badəpərəst,
Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst,
Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni.
 
Ey mələk, əbr yüzün gündümü, ya bədritamam?
Kim ki, ruyindən olur məst, ona badə həram,
Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,
Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram,
Bilələr ki, nədir küfr ilə iman, Süsəni.
 
Bu qəddü qamətinə ətləsü xara yaraşur,
Qaşların guşəsinə qətlimə eyma yaraşur,
Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur,
Səni hər kim ki, sevər, başına sevda yaraşur,
Ola səgəştəvü divanəvü heyran, Süsəni.
 
Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər,
Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,
Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər,
Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,
Desələr Vazehə böhtandı müsəlman, Süsəni!