Məzmuna keç

Səba eli çiçəklikdən ətr saçdığı halda keçərkən

Vikimənbə saytından
Səba eli çiçəklikdən ətr saçdığı halda keçərkən
Müəllif: İzzəddin Şirvani
qəsidə


Səba eli çiçəklikdən ətr saçdığı halda keçərkən,
Mən reyhanların qoxusilə şirin yuxudan ayıldım
Sevgilim yuz min bəzəklə bir çəmən guşəsindən
Əlində şərabla dolu bir piyalə ilə keçib gedirdi
Sübh kimi yaxasının düyməsini açmış,
Sən Zühəl dərəcəli, qəza əlli, qədər müradlı və fələk kinəlisən.
Yanağına göy rəngli məxmurluq dağı çəkilmişdi.
Şəbnəm damlası altında gülnar yarpağı kimi,
Onun yanaqları şərab hərarətindən tərləmişdi.
Bağçada ruzgarın əsməsilə qızıl gül budağı kimi,
Onun gözəl qaməti badənin təsirindən əyilmiş kimi idi.
Onun gümüş kimi olan sinəsində köynəyin izi qalmışdı,
Onun lətif dodaqları nəfəs çəkmədən pörtülmüşdü.
O, güldüyü zaman ləl kimi olan dodaqlarının şəkli,
Yüksək dərəcəli Cəmşidin üzüyünə bənzəyir.
Onun ədaləti sayəsində məzlumların qapıları,
Əmin və amanlıqdan arxalarını fəraqət divarına söykəmişdir

Yenə onundur: Dünən gecə fələk məni sənin məhəllənə düşmüş görüb dedi:
- Soruşmursan, səni bu günə salan kimdir?
Dedim: – Onun gözəl gözləridir, dedi: – Heyhat!
Onlar (gözlər) sərxoşdurlar, çıx, get, ta səni öldürməsinlər.