Məzmuna keç

Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər

Vikimənbə saytından
Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.103.

Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər,
Əsər ki var, xərab olmağa bəhanə yetər.

Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak,
Demin ki, yeddi kəmandarə bir nişanə yetər.

Bəyanə yetməyə dərdü qəmim fəsanələri,
Zəbanım atəşi-dildən çıxan zəbanə yetər.

Qopardı mərdümi-çeşmim könül binasın kim,
Hübabi-əşk həva nəqdinə xəzanə yetər.

Ləbin xəyalı ilə parə-parə oldu cigər,
Güvahi-hal mənə əşki-danə-danə yetər.

Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub,
Təraneyi-tərəbim ahi-aşiqanə yetər.

Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid,
Mənə nişiməni-dövlət şərabxanə yetər.