Sədrinə sərdi
Görünüş
Sədrinə sərdi Müəllif: Şair Əbdüləzim |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
(dodaqdəyməz cığalı təcnis)
Səhər-səhər canan seyrə çıxanda,
Dərdi lalə, nərgiz, sədrinə sərdi.
Aşıq deyər, sərinə,
Canan əldə səri nə?
Qış aranda can saxla,
Yayda çıxar sərinə.
Çən çəkildi, çıxdı dağlar sərinə,
Sərin-sərin yellər sədrin əsərdi.
Xəstə dildə zikr eyləyər az ayə,
Çaşqın gəzsən, ağlın gedər a zayə.
Aşıq deyər, az ayə,
İlqar eylə az, ayə.
Əcəl gələr, can gedər,
Canan gələr azayə.
Dərd yığılar, ağrı gələr azayə,
Gələn dərd əlindən sədrin əsərdi.
Əbdüləzim, çək dəstini, nakəsdən,
Dil cahanda incik deyil nakəs dən?
Aşıq deyər, nakəsdən,
Dan yelləri nakəs dən.
İndiyədək kişiydin,
Daha indi nakəsdən.
Saqın gəzsə, hərcayıdan, nakəsdən,
Sədəqə iyidin sədri, nə sərdi.